Modern.az

Bakıdakı asma körpü açılışa hazırlandı - FOTO

Bakıdakı asma körpü açılışa hazırlandı - FOTO

11 May 2012, 13:30


Bakıda Böyükşor yol qovşağının üçüncü mərhələsi – Heydər Əliyev Beynəlxalq Aeroportundan 8-ci kilometr qəsəbəsi istiqamətində asma körpünün inşası yekunlaşıb.

Modern.az saytı xəbər verir ki, ümumi uzunluğu 665 metr olan yol ötürücüsünün asma hissəsi 360 metr olmaqla burazlar vasitəsilə asılıb. Körpünün asma hissəsini hündürlüyü 93 metr olan dayaq saxlayır. Artıq asma hissənin burazlarını quraşdırıb başa çatdırıblar. Körpünün yanlarına məhəccərlər də quraşdırlıb, üzərinə asfalt döşənib. Ərazidə olan əməkdaşımıza bildirlib ki, son tamamlama işləri yaxın 2-3 gün ərzində qurtaracaq və gələn həftə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçiriləcək.
“Qarşıya qoyulan vəzifəyə görə, Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinədək asma körpü istifadəyə verilməlidir. Artıq vəzifənin öhdəsindən gəlinib”-deyə iş icraçıları bildiriblər.

Bu, Azərbaycanın və Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağı hesab olunur.

Metronun “Koroğlu” stansiyası ətrafında yerləşən qovşaqdakı asma körpü vasitəsilə aeroport istiqamətindən, yəni Sabunçu dairəsindən gələn nəqliyyat vasitələri birbaşa Qara Qarayev prospektinə keçə biləcəklər.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi