Modern.az

Rusiyada azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı

Rusiyada azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı

22 May 2020, 10:26

Rusiyada 50 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Lubertsı şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlının yanmış cəsədi küçədə tapılıb. Pandemiya fonunda mağazaların zərərlə işləməsindən gileylənmiş iş adamının cəsədi ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizasına göndərilib.    

Moskvada taksi xidməti ilə məşğul olan qardaşı isə onun sağlamlığından şikayətçi olmadığını söyləyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu