Modern.az

Oynaqlarınız ağrıyır? - Loğman MƏSLƏHƏTİ

Oynaqlarınız ağrıyır? - Loğman MƏSLƏHƏTİ

22 May 2020, 10:55

Az hərəkət edən insanların çoxu oynaq ağrılarından əzab çəkir. Bu ağrılar - pis vərdişlərin acı nəticəsidir. İradəli adamlar Sağlam Həyat Tərzinin köməyi ilə özünü sağaldır və ağrı-acı ilə həmişəlik vidalaşır. Zəif iradəlilər isə dəqiqə başı həkimin üstünə qaçır, həblər atır, iynə vurdurur, bahalı və səmərəsiz mazlardan istifadə edirlər. Bu da yeni xəstəliklərin törəməsinə səbəb olur. Həm də ailə büdcəsinə ağr zərbə dəyir.

Siz özünüz ev şəraitində ucuz və zərərsiz maz hazırlaya bilərsiniz. 1 ədəd ev toyuğu yumurtasının ağını qabda çalıb duruldun, ona 2 xörək qaşığı kamfora yağı və 2 xörək qaşığı xardal unu (qarçitsa) qatın. Yaxşı-yaxşı qarışıdırıb, əllə ağrıyan yerə yeridin. Quruyana kimi saxlayın. Nəm əski ilə silin. Ağrılar kəsənə qədər davam edin.

Dəri bir qədər qızarsa və ya qaşınsa - qorxmayın. Lakin hamilə qadınlara və dəri xəstəliyi olanlara bu mazdam istifadə etməyi məsləhət görmürük. Mazı zədəli dəriyə çəkmək olmaz.

Bu maz başağrısı vaxtı da yaxşı təsir göstərir. Mazın qalanını soyuducuda saxlaya bilərsiniz.

Başqa bir maz da düzəltmək olar. Sutkada 3 dəfə çiy yumurta sarısına 1 xörək qaşığı xörək duzu qatın, tənzifi məhlula hopdurub, ağrıyan yerə qoyun və sarıyın.

Özünüz öz həkiminiz olun, dünyanın ən böyük dəyəri olan canınızı özgələrə etibar etməyin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir