Modern.az

Deputat Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - FOTO

Deputat Braziliyanın Azərbaycandakı səfirilə görüşüb - FOTO

22 May 2020, 12:30

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə görüş keçirilib.


Modern.az xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri Müşfiq Məmmədli, Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Manuel Adalberto Karlos Montenegro Lopes da Kruz, işçi qrupun üzvü Mahir Abbaszadə, Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Mir Kamal Əlizadə iştirak edib.


Deputat Müşfiq Məmmədli Braziliyanın Cənubi Amerka qitəsində Azərbaycanın ən önəmli tərəfdaşı olduğunu qeyd edib. Millət vəkili birgə səy və əməkdaşlıq sayəsində Braziliya parlamentinin hər iki palatasında Azərbaycan Respublasının ərazisinin Ermənistan tərəfindən işğalına müvafiq siyasi-hüquqi qiymət veriləcəyinə ümid etdiyini vurğulayıb.

 

Səfir pandemiya şəraitində imkan tapıb onunla görüşdüyünə görə M.Məmədli və M.Abbaszadəyə minnətdarlığını bildirib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində ölkə parlamentlərinin xüsusi rol oynadığı qeyd edən səfir, bu sahədə ali qanunverici orqanların potensialından tam istifadə edilməsinin zəruri olduğunu söyləyib.

 

Müşfiq Məmmədli Azərbaycan və Braziliya həkimləri arasında pandemiya ilə mübarizə sahəsində video konfrans formatında fikir və təcrübə mübadiləsinin aparılmasının virusla mübarizəyə müsbət töhfə olacağını deyib.

 

Görüşün sonunda M.Məmmədli səfirə müvafiq strukturlarla razılıq əldə edildikdən və hazırlıq işləri görüldükdən sonra Sumqayıt şəhərinə səfərin həyata keçirilməsini təklif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi