Modern.az

Yeni “iPhone” qulaqcıqlarsız çıxacaq

Yeni “iPhone” qulaqcıqlarsız çıxacaq

22 May 2020, 14:53

Payızda satışa çıxarılacaq “İphone 12” smartfonu dəstində qulaqcıq olmayacaq. Mocern.az xəbər verir ki, “Apple” şirkəti bundan sonra smartfon dəstlərinə “EarPods” qulaqcıqlarını havayı əlavə etməyəcək. Şirkət siyasətini dəyişməklə simsiz “AirPods” qulaqcıqlarının satışını stimullaşdırmaq istəyir. Beləliklə, dəstdə bu aksessuarın olmadığını görən alıcılar ya simli “EarPods” , ya da simsiz “AirPods” qulaqcıqlarını almalı olacaqlar. İnsayderlərin fikrincə şirkət Milad bayramında simsiz dəstlərin yüksək satış göstəricilərini bərpa etmək istəyir. “Apple”in bu il 80-93 milyon ədəd “AirPods” satacağı gözlənilir. 2021-ci ilə qədər isə bu markalı yeni simsiz qulaqcıqlar istehsal edilməyəcək.    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür