Modern.az

Qənirə Paşayeva Almaniyaya niyə gedib?

Qənirə Paşayeva Almaniyaya niyə gedib?

11 May 2012, 16:17

Millət vəkili Qənirə Paşayeva Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak etmək üçün Almaniyaya səfər edib. Qənirə Paşayeva Almaniyanın Köln şəhərində keçiriləcək Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak edəcək. Millət vəkili qurultayda geniş məruzə ilə çıxış edəcək, eyni zamanda tədbir iştirakçılarının suallarını da cavablandıracaq. Avropa Türk-İslam Birliyinin 20-ci qurultayı Türk-İslam Mədəni Assosiasiyalar İttifaqı tərəfindən təşkil edilir.
Bundan başqa Qənirə Paşayevanın səfər çərçivəsində bu ölkənin bəzi rəsmi şəxsləri, yerli dövlət qurumları, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri və Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri ilə görüşləri də olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır