Azərbaycan COVID-19-ın yayılmasına qarşı mübarizə çərçivəsində  Ukraynaya humanitar yardım göndərib.

 

Modern.az-ın bu ölkənin KİV-nə istinadən xəbər verir ki, 23 ton həcmində olan humanitar yardıma 100 min tibbi maska, 5 min qoruyucu kombinezon, həmçinin kontaktsız termometrlər, dezinfeksiyaedici və digər tibbi avadanlıq daxildir. 

 

Boryspil Beynəlxalq Hava Limanında humanitar yardımı Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İqor Jovkva  təqdim edib. 

 

Səfir bildirib ki, humanitar yardım birbaşa Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib.