Modern.az

Hakimlərin səlahiyyətləri artırılacaq

Hakimlərin səlahiyyətləri artırılacaq

22 May 2020, 16:40

Məhkəmə iclasına sədrlik edən şəxsin səlahiyyətləri artırılır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə 51.6-1 maddənin əlavə edilməsi təklif edilir.

 

Layihəyə əsasən, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir