Modern.az

Komitə meşədə meyiti tapılan uşaqla bağlı açıqlama yaydı

Komitə meşədə meyiti tapılan uşaqla bağlı açıqlama yaydı

22 May 2020, 16:52

Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

 

Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar Komitə Oğuz rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlayıb. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır.

 

Qeyd edək ki, rayonun Xaçmaz kənd sakini 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər