Modern.az

Canlı “Barbi” hamını şoka salıb - FOTOLAR

Canlı “Barbi” hamını şoka salıb - FOTOLAR

11 May 2012, 16:26

Odessalı Valeriya Lukyanova  internet səhifələrində öz  qeyri-adi xarici görünüşünə görə məşhurlaşıb. Valeriya internet səhifələrinə “Barbi”yə bənzər şəkillərini yerləşdirib. Məşhur italyan jurnalı Vanityfair -dən alınan məlumata görə, Valeriya Lukyanovna hədsiz “Barbi”yə oxşamaq arzusundadır və buna görə saysız plastik əməliyyatlara üz tutub. Ümumi hesablamalara görə, bu ona 800 min dollara başa gəlib. Nəticədə  iri gözlər, dolğun dodaqlar , uzun açıq rəngli saçlar, gözəl bədən quruluşlu “Barbi” obrazı yaranıb. Bunun üçün o hətta bir  neçə sümüyündən vaz keçməli olub. Qeyd edək ki, bu dəb artıq bir neçə ildir davam edir. 2009 cu ildə Sara Berdj oyuncaq olmaq üçün 500 min funt ödəmişdi. Oxşar hallar Amerikada və Yaponiyada da müşahidə olunub.  


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər