Arxiv
23 May 2020, 09:34 | ƏDƏBİYYAT
Hay-Tekin tənhalığı

Azad Müzəffərli

(hekayə)

Bakıya yuxarıdan aşağı baxırdı. Az qala buludlara dirənən qafası yamanca qarışmışdı. Dünəndən özündə deyildi. Lap, təlatümə bələnmişdi. Heç cür indiki tövründən baş aça bilmirdi. Yaşı iyirmini ötsə də, ilk dəfəydi bu halı yaşayırdı. Tərslikdən xəzri də ona qənim kəsilmişdi. Yaxasından əl çəkmək fikrində deyildi. Əlbəyaxa idilər, bu dəfə qasırğa onun kürəyini yerə vurmaqda israrlıydı. Di gəl, hardan ağlına gələydi ki, həmin nəhəngin libası şüşə, plastik və digər sintetik materiallardan olsa da, qaməti poladdandı. Sonda xəzri məğlubiyyətini boynuna alıb aradan çıxdı. Çöhrəsinə sığal çəkən xəfif gilavar ha əlləşsə də, heç cür yarasına məlhəm ola bilmədi ki, bilmədi. Təklikdən yumağa dönmüşdü.

 

Dan yeri sökülər-sökülməz yenə axtarışa çıxdı. Özü də nəyi aradığını axıra qədər kəsdirə bilməsə də. Ətrafda qotik, barokko, rokoko, modern, romantik, dekonsturktiv, postmodern, brutalist və digər say-seçmə gözəllər sıralanmışdı. Müxtəlif memarlıq üslublarının sintezindən araya-ərsəyə gətirilən binalar da nadirliyi ilə göz oxşayırdı. Bu yaxınlarda inşa edilən Qız Qalasına bənzər yaşayış binasının tərifi də sözə sığmırdı. Hay-Tek seçim etməkdə dirənmişdi. İş orasındaydı ki, saatlarla seyrinə toplaşan paytaxt sakinlərinin də, əksər binaların da gözü ondaydı. Bu bina dərrakəsi sərhəd tanımayan bəşər övladının təbiət üzərində hökmranlığının bariz nümunəsiydi. Ağ və qara rənglərin ahəngi peşəkarcasına işlənmişdi. Bərq vuran həmin binanın üzərindəki qırmızı, göy, yaşıl və sarı rənglər heyrət doğuran parlaqlığa əlavə çalarlar qatırdı. Gecələr nur içində alışıb-yanan bu binaya tamaşa etmək isə özgə bir aləmdi. Ekstrim dünyasına qovuşurdun. Həmin kompleksdə yaşayanlar sanki cənnətə düşmüşdülər. Ən son texnologiyaların tətbiqi, hər bir mənzilin insanın ağlını əlindən alan fərqli interyeri buranın sakinlərini həyatdan qədərincə zövq almağa, nadir ideyalara kökləyirdi.    

 Adəmlə Həvvanın törəmələrinin zəkasının qaymağı olan say-seçmə tapıntıların sıralandığı, hər millimetrinə idrak işartıları pərçimlənən Hay-Tekin indiki halı başa düşüləndi. Şüur dəryasının özəyində qərar tutan bu varlıq istər-istəməz baş verənlərdən haliydi. Ötən iyirmi il hədər getməmiş, ona çox şey öyrətmişdi. İnsanlardan xeyli görüb-götürmüşdü.  Son günlərdə tamamən özündə deyildi. Onu bu hala salan bağrında yer verdiyi cütlüklərdən biriydi. Məcnunla Leyli bunların yanında toya getməliydi.  Onlara yamanca həsəd aparırdı. Qəlb bir, can biriydilər. İdeal cütlükdü. Bu eşq divanələrinə göz qoymaqdan doya bilmirdi. Müasirliklə millilik həmin elitar cütlüyün birgə ömür yolunun üzvi şəkildə qovuşan möhtəşəm cığırlarıydı.  Onu da “sevgi mərəzi”nə yoluxdurmuşdular. Tənhalıqdan cana doymuşdu. İndiki narahatlığı da məhz buradan qaynaqlanırdı. Di gəl, sərrafcasına seçim etməyin yolunu-rizini hələki bilmirdi.  Yenə də ümidi o xoşbəxt cütlüyə idi. Həqiqi sevginin düsturunu onlardan çırpışdırmaq niyyətindəydi. Elə bu səbəbdən də sonuncu mərtəbədə yaşayan gənc ailəyə hər gün qiyabi pənah aparırdı. 

 

Qollu-budaqlı nəhəngi xatırlatsa da, indiki halında özünü cırtdan sanırdı. Gözəllər bağçasında yetim şahzadəyə bənzəyirdi. Şəhər boyu səpələnən binaların da xeylisinin altdan-altdan ona göz yetirdiyini aydınca sezirdi. Çoxsunun ona paxıllığı tuturdu. Əksəriyyət  bir-birinin qarnını qaşısa da, Hay-Tek yaşıllığa bürünmüşdü. Nəfis parkın ərazisinin yarısı onluqdu. Di gəl, bir tərəfdən bəxti gətirsə də, o biri tərəfdən qisməti yarımçıqdı. Parkın üzbəüz tərəfində Hay-Tekə bənzər ikinci bina ucaldılmalıydı, bünövrəsi də qoyulmuşdu. İllər ötsə də ondan xəbər-ətər yoxdu. Əgər, həmin bina inşa olunsaydı, yəqinki, indiki əndişəsinə yer qalmazdı. Onun da dərdləşməyə, sevincini bölüşməyə həmdəmi olardı. İllərdi uzaqdan-uzağa seyr etdiklərindən indi hansına qucaq açsın, özü də baş aça bilmirdi. Lap, tutaq ki, hansınasa könül verdi, əli ki çatan deyildi. Əlacsızcasına yenə də ətrafı süzməkdəydi. Belə də ədalətsizlik olar, niyə axı bu insanlar sevib-sevilə bilərlər, intim dəryasına baş vura bilərlər, əkib-doğub törəyə bilərlər, bizlərinsə buna haqqımız yoxdu?! Tanrı fəlsəfəsinin mətləbini heç cür tuta bilmirdi. Onun yanğısı başa düşüləndi; yalqızlıq ovunulması mümkün olmayan dərddi. Düzdü, hamı Tanrının da tək olduğunu düşünür. Amma dünyanın işlərindən baş açmaq qəliz məsələdir, nə bilmək olar? Suallar labirintində avar çəkən Hay-Tekə çoxlarının əli yetməyən Xəzərin ənginliklərini gözdolusu seyr edərək qismən  feyziyab olmaq qalırdı.

      Yalqızlıq girdabında ümidsizcəsinə əl-qol atdığı günlərin birində diqqətini üzbəüzdəki boynu bükük bənəvşə görkəmi alan Qız Qalasına bənzər bina çəkdi. Nədənsə, yaman qüssəliydi. İşarət eylədi, dərdini bilmək istədi. Fikirləşdi ki, bəlkə, köməyim dəyər. Bunun imkanı xaricində olduğunu özü bilsə də. Təklik libasını yırtmaq istəyəndən bu binaya rəğbəti birə yüz artmışdı. Düzdü, ona postmodern, brutalist, dekonstruktiv və bu qəbildən digər gözəllər daha doğmaydı. Göz-gözəydilər, boyları da təxminən tən gələrdi. Aralarında xeyli məsafə olsa da, əslində qonşu sayılırdılar. Hay-Tekin önündəki parkla bu binanı asfalt yol ayırırdı. Qarşı tərəf onun xoşməramlı jestindən doluxsundu. Nəhayət, öz dillərində dərdləşməyə başladılar.

-      Xeyirdimi, əvvəllər səni belə pəjmürdə görməmişdim?

-      Düz tutmusan...

-      Nədi dərdin?

-      Hələ o vaxtdan - bünövrəm atılandan bərk narahatam, bu insanları heç cür anlamaq olmur...

-      Səninlə tam şərikəm.

-      Bilirsən, bir qisim acgözlər ağına-bozuna baxmadan Bakını daş qəbirstanlığına döndəriblər, əksər binalar az qala iç-içədir.

-      Elədir, ucaboylu olduğumuzdan biz bu mənzərəni bütün çılpaqlığı ilə görürük.  

-      Büruzə verməməyə çalışsam da, mənim vəziyyətimsə lap ağırdır... Təsəvvür edirsən, məni az qala yüksəktəzyiqli su borusunun üstündə inşa ediblər.

-      Anladım...

-      Yüksəktəzyiqli dedim, əslində bu ondan da betərdir... Binaları böyür-böyürə tikiblərə deyə əhalinin sıxlığı dəhşətli dərəcədədir. Ona görə hamıya suyun çatması üçün kəmərdəki təzyiq lap kəllə-çarxa çıxıb. Kəmərlər artıq buna dözmür, su işçiləri təmiri çatdıra bilmirlər.

-      Sözündən belə başa düşdüm ki, sənin yaxınlığındakı su kəmərində də problem var deyəsən?

-      Hə, it ilindən qalma kəmərdir, gah ordan, gah burdan sızır, nəmişlikdən qıçlarım sızıldayır, hələ şükür ki, yaydır. Gör, qışda hansı zillətə qatlaşmalı oluram, qonşu.

-      Bəs, nə əcəb köklü əncam çəkmirlər?

-      Bilirisən, su idarəsi deyir ki, canları çıxsın bu binanı kəmərin böyründə tikənlərin özləri vəziyyətdən çıxış yolunu tapsınlar. Buranın sahibi də deyir ki, suyun çatdırılması mənlik deyil, bu onların işidir... Beləcə, ortalıqda qalan mənəm, haranın külünü başıma töküm bilmirəm...

 

Yuxusu ərşə çəkilmişdi. Qız Qalasına yardım əlini uzada bilməməyini özünə yaman dərd eləmişdi. Yumağa dönmüşdü. Bir neçə gün olardı qəlbinin kəfkirinin qarşıdakı bunanın bağrına bənd olduğu artıq onun üçün sirr deyildi. Qonşusunun gözlərindən sayrışan qığılcımları da aydınca sezirdi. Köz də, bu közdən törəyən od da artıq ortalıqdaydı. Məhrəm-məhrəm baxışırdılar. Dilləri söz tutmasa da, gözləri ilə danışırdılar. Susmalarının bir səbəbi də Qız Qalasının başına gələnlər idi, qonşu binanın bünövrəsini az qala mamır basa, köklü tədbir görən isə hələ də yoxdu. İndi onu uzun illərdən sonra nədən Qız Qalasına yan alması düşündürürdü. Bunun səbəbini bədahətən kəşf elədi. Yekun qərarı o xoşbəxt cütlükdən qaynaqlanırdı.  Axı, Qız Qalası qədimliklə yanaşı müasirlik və millilikdən yoğrulmuşdu. Köksündə yer alan o elitar, dünyəvi mədəniyyətə malik  cütlüyün də sevgisinin müqəddəsliyi məhz milli-mənəvi dəyərlər sərhədini qətiyyən aşmamalarında idi. Beləcə, Hay-Tek xəyallar dünyasının yeddinci qatında sərməstcəsinə süzməkdəydi. Sevgisinin əsarətindəydi. Onu xilas etməyə tələsən Qız Qalası da gəlinlik libasını artıq əyninə keçirə-keçirdəydi. Arzularsa qanadlı olur.  

Xəyallar qatarında qış yuxusuna getdiyindən xəbərsizdi. Bir də səhərin gözü açılar-açılmaz qıy-qışqırığa hövlnak yuxudan oyandı. Şahidi olduqlarından az qala başına hava gələ. Qız Qalası gölün tən ortasındaydı. Zirzəmisini də, ətrafı da su basmışdı. Anladı. Kəmər təzyiqə davam gətirməyərək partlamışdı. İllərdi buna göz yuman aidiyyatı qurumlar indi bir canfəşanlıq qoparmışdılar ki, gəl görəsən. Nəhayət, günün sonuna kəmərin bərpası başa çatdırıldı. Həyət-baca da, binanın zirzəmisi də sudan təmizləndi. Mütəxəssislər bünövrəyə ciddi ziyan dəydiyindən bu əzəmətli binanın köçürülməsi qərarına gəldilər. Di gəl, həmin nəhəng tikili hara köçürüləsiydi. Dardüşüncəlilər, müftəxorlar bircə qarış da olsun ətrafda boş yer qoymuşdular ki? Əlacsızlıqdan, bünövrəsi qəza vəziyyətinə düşən binanın  yaxınlıqdakı parkda tikintisi baş tutmayan Hay-Tekə bənzər binanın yerinə köçürülməsi qərara alındı. Hazır bünövrə də əlimyandıda olanların karına gəldi, ora-burasına bir az əl gəzdirib tarazladılar. İndiki halda bu, göydəndüşmə fürsət idi. Sakinlər də buna ikiəlli razılaşdılar, öz əvvəlki yaşayış yerlərinə yamanca bağlanmışdılar.

Köçürülmə əməliyyatı iki həftə çəkdi. Bu işə xaricilər də cəlb olunmuşdular. Ətraf ərazi binanın sürüşdürülməsinə hazır vəziyyətə gətirilmişdi. Yol da qazıldığından müvəqqəti bağlanmışdı. Binanın gövdəsinə yüzlərlə hidravlik qurğu pərçimləndi. Xüsusi texnikanın köməyi ilə tikili bir neçə millimetr yuxarı qaldırıldı. Bina təxminən əlli metr sürüşdürülməliydi. Əməliyyata az qala bir ordu qədər mütəxəssis və ustalar cəlb olunmuşdu. Bu boyda azman tikilinin sürüşdürülməsi hədsiz dərəcədə mürəkkəb proses olduğundan həmin işə cəlb edilənlər gərginlik içindəydilər. Baş verənləri saniyəbəsaniyə izləyən Hay-Tek də ürək-göbəyini gəmirirdi. Xoşbəxtlikdən, sonluq ürəkaçan oldu. Qız Qalası xətasız-bəlasız yeni bünövrəsinə otuzduruldu.  

 

Sevinclərinin həddi-hüdudu yox idi. Hay-Teklə Qız Qalası şadlıqlarından Tanrı dərgahına millənmişdilər. Göy üzündə vur-çatlasındı. Ulduzlar yallı gedərək sanki Ayla Günəşin başına fırlanırdı. Milli və əcnəbi musiqilər ara vermirdi. Çal-çağırın şahə qalxdığı bu dəmdə oxucularıma bir sual ünvanlamaq içimdən keçdi. Sizcə, bəs, bəylə gəlinin sağdışı və soldışı kimlər idi? Hə, inanıram ki, siz də şəhadət barmağınızı dişləyərək bunu duydunuz. Yanılmırsınız, elədir, məclisin səbəbkarlarına xeyir-duanı məhz Hay-Tekin köksündə özünə məskən salan o xoşbəxt cütlük verirdi. Bu həm də tarixi bir şənlikdi, ilk dəfəydi yer üzündə binalar talelərini birləşdirirdilər. Di gəl, Hay-Tekin çöhrəsində bitib-tükənməyən fərəhlə yanaşı acı bir nisgil də vardı. Özünü qismən günahkar sanırdı. Uzun illər boyunca seçim etmək üçün gözünü dikdiyi qotik, barokko, rokoko, modern, romantik, dekonsturktiv, postmodern, brutalist və digər say-seçmə gözəllərin taleyi ona sakitlik vermirdi. Hay-Tek hələ də onların ümidsizcəsinə qarımaları ilə heç cür barışmaq istəmirdi. Nə etmək olardı; gücü yalnız və yalnız dualarını əskiltməməyə yetirdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19 Rusiyada eks-nazir koronavirusdan öldü 26 May 2020, 15:09 Sabahın teledərs CƏDVƏLİ 26 May 2020, 14:57 Çimərliklərlə bağlı qaydalar TƏSDİQLƏNDİ 26 May 2020, 14:46 “Qızıl ürək” filmi... 26 May 2020, 14:39 İcra başçısından götürülmüş testin nəticəsi açıqlandı - Şamaxıda 5 nəfərdə virus aşkarlanıb 26 May 2020, 14:26 İranda daha 57 nəfər virusun qurbanı oldu 26 May 2020, 14:09 Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi 26 May 2020, 14:00 Polis 33 şübhəlini saxladı 26 May 2020, 13:54 Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTO 26 May 2020, 13:49 Azərbaycanda böyük koronavirus təhlükəsi - Bəzi yerlərdə yas mərasimi keçirilir 26 May 2020, 13:34 Övladlığa verilən 414 uşağın vəziyyəti yoxlanılıb 26 May 2020, 13:22 Sumqayıtda qəzada ölənlərin adları AÇIQLANDI 26 May 2020, 13:16 Sabahın HAVA PROQNOZU 26 May 2020, 13:13 Ermənilər Ramil Səfərovdan əl çəkmirlər - Avropa Məhkəməsi zabitimiz barədə QƏRAR ÇIXARDI 26 May 2020, 13:08 Qənirə Paşayeva aztəminatlı ailələrə yardım etdi 26 May 2020, 12:58 Polis Bərdədə mənşəyi bilinməyən ət aşkarladı 26 May 2020, 12:42 ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 26 May 2020, 12:30 Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb 26 May 2020, 12:19 Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu 26 May 2020, 12:07 Sumqayıtda dəhşətli qəza - 5 ölü, 2 yaralı - YENİLƏNİB 26 May 2020, 12:00 Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı 26 May 2020, 11:58 Rusiyada virusdan ölənlərin sayı kəskin artır 26 May 2020, 11:47 Bakıda xanım jurnalistin maşını belə soyuldu - VİDEO 26 May 2020, 11:36 Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17