Modern.az

Taksi sürücüləri və yol polislərinə «Eurovision» hədiyyəsi

Taksi sürücüləri və yol polislərinə «Eurovision» hədiyyəsi

11 May 2012, 18:10

Azərbaycanda «Eurovision- 2012» beynəlxalq mahnı müsabiqənə ictimai dəstək-tariximizin və mədəniyyətimizin təbliği» adlı yeni layihənin icrası davam edir. Layihə «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən icra olunur. Layihədə məqsəd yol polisi və taksi sürücüləri arasında maarifləndiirmə işi aparmaq, eləcə də yol hərəkətində təhlükəsizliyin təbliği işini genişləndirməkdir.
Bu məqsədlə artıq «Jurnalistika və İnkişaf Mərkəzi» Bakı şəhər DYP İdarəsi ilə birgə bir neçə maarifləndirici tədbirlər həyata keçirib. Mayın 11-dən başlayaraq isə təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap etdirdiyi buklet və kitabçaların paylanmasına start verilib. Bukletdə Azərbaycan və onun işğal olunmuş əraziləri, əhalisi, etnik tərkibi haqqında qısa məlumatla yanaşı, istirahət mərkəzləri, otellər, dini obyektlər, müxtəlif xidmət barədə məlumatlar Azərbaycan və ingilis dilində əksini tapıb. Şəhərimizə gələn qonaqlar bu bukletlərin köməyi ilə sərbəst hərəkətə edə bilərlər. Eyni zamanda, Azərbaycan və ingilis dillərində söz və söz birləşməlirinin əks olunduğu kitabça da artıq çap olunub və taksi sürücülərinə, yol polisi əməkdaşlarına pulsuz paylanılacaq». «Jurnalistika və İnkişaf Mərkəzi»nin sədri Elməddin Muradlı bildirib ki, may ayı ərzində bu işlər mütəmadi olaraq həyata keçiriləcək.

Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, «Jurnalistika və İnkişaf Mərkəzi»nin layihəsi onlarda maraq doğurduğu üçün bu işi dəstəkləyirlər və çap olunmuş buklet və kitabçalar DYP-nin rəhbərliyinin marağına səbəb olub: «Biz istəyirik ki, bu layihə çərçivəsində həm də yollarda sürücülərin, sərnişinlərin və piyadaların maarifləndirilməsinə, yol mədəniyyətinin daha da artırılmasına nail olmaq üçün bir neçə tədbir keçirəcək. Artıq bır neçə tədbir keçirmişik və çox yaxşı nəticələr əldə olunub, bu işləri davamlı həyata keçirəcəyik. Çalışırıq ki, Bakıya gələn qonaqlar narazı qalmasınlar. Əlimizdə olan buklet və kitabçalar daimi yol polisi və taksi sürücülərində olsa və onlar bunu öyrənsələr, o zaman heç bir çətinlik olmayacaq. Həm də, taksiyə minən əcnəbi qonaq bu bukletin köməyi ilə hara və ya hansı istiqamətə gedəcəyini sürücüyə izah edə biləcək».

Qeyd edək ki, mayın 11-də Jurnalistika və İnkişaf Mərkəzinin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakının Yasamal rayonu ərazisində taksi sürücülərinə buklet və kitabçalar paylayıblar. Sürücülərin əksəriyyəti bu kitabçalara böyük ehtiyac duyduqlarını və bu vəsaitlərdən faydalanacaqlarını bildiriblər. Növbəti tədbirlər Səbail rayonunun mücxtəlif ərazilərində həyata keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı