Modern.az

Qəzza zolağında koronavirusdan ilk ölüm qeydə alındı  

Qəzza zolağında koronavirusdan ilk ölüm qeydə alındı  

24 May 2020, 09:09

“Qəzza zolağında koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib. Bu, Qəzzada ilk koronavirusdan ölüm hadisəsidir”. 

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib.

 

O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb. 

 

Qadın bu yaxınlarda Misirdən Qəzza zolağına qayıdıb.

 

Əşrəf əl-Kidra əlavə edib ki, epidemiya başlayandan bəri Fələstində koronavirusa yoluxma hadisələrinin ümumi sayı 55-ə çatıb. Onlardan 39 nəfəri karantindədir, 16 nəfər tam sağalıb, 4 nəfər ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir