Modern.az

Bakı-Quba yolunda “KamAZ”-ın vurduğu Rusiya vətəndaşı öldü

Bakı-Quba yolunda “KamAZ”-ın vurduğu Rusiya vətəndaşı öldü

24 May 2020, 12:00

Rusiya vətəndaşı “KamAZ”-ın altında qalaraq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 45-cı kilometrliyində baş verib.Daş yüklü “KamAZ” markalı yük maşını ehtiyatsızlıqdan Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı  1979-cu il təvəllüdlü Zalibekov Maqammed Zalibekoviçi vuraraq üstündən keçib. Yük maşının altında qalan 41 yaşlı Rusiya vətəndaşı hadisə yerində ölüb.

 

Ölən şəxs TIR sürücüsü olub.

 

Meyit aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir