Modern.az

“Eurovision” ifaçıları Bakıya gəlməyə başladılar

“Eurovision” ifaçıları Bakıya gəlməyə başladılar

Aktual

12 May 2012, 12:00

Modern.az xəbər verir ki, “Eurovision” Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıblar. Mayın 12-də gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib. Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq, "Sarı gəlin" xalq mahnısını canlı ifa edib.
"Elə bil ikinci vətənimdəyəm" deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib.

Monteneqro nümayəndə heyətinin rəhbəri Lidija Backoviç Bakıya ikinci səfərindən məmnunluğunu dilə gətirib.
"İlk səfərimdə şəhəri gəzmək fürsətim olmadı. Ümid edirəm ki, bu dəfə mədəniyyətinizdən və şəhərinizin gözəlliyindən doyunca zövq almaq imkanım olacaq”.
Sevinc İltifatqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir