Modern.az

Nazirlik məktəblərdə uşaq jurnallarının satışını qadağan edib

Nazirlik məktəblərdə uşaq jurnallarının satışını qadağan edib

12 May 2012, 12:27

Dövlətdən maliyyələşən “Göyərçin” jurnalı və “Savalan” qəzeti bundan narazıdır

“Orta məktəblərdə kitab, jurnal, qəzet, dəfərlərin satışına icazə yoxdur. Yalnız hər hansısa bir  orta məktəb öz istəyi ilə jurnal və qəzetə abunə olub, ala bilər”.  Bunu Təhsil Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsindən  Modern.az-ın məktəblərdə uşaq jurnallarının abunəsiniin vəziyyəti ilə bağlı soruğusuna verilən cavabda bildiriblər.  

Qeyd edək ki, ötən ay Nazirlər Kabineti "Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" Prezidentin 2009-cu il 24 iyun tarixli 114 nömrəli Fərmanını əsas tutaraq müəyyən KİV-lərə maliyyə vəsaitinin həcmini təsdiq edib. Ayrılmış 709 min 262 manat puldan  "Göyərçin", "Günəş", "Savalan"ın  redaksiyalarına müvafiq vəsait verilməsi nəzərdə tutulub.

Azərbaycanda uşaq ədəbiyyatını təbliğ etmək üçün çox sayda  jurnal və qəzetlər nəşr olunur. Bu qəzet və jurnalların çoxu yeni nəşrlərdir, amma yaşı, stajı çox olan jurnal, qəzetlər də var. Bunlardan “Göyərçin”, “Günəş” jurnallarının, “Savalan” qəzetinin adını çəkmək olar. Amma nədənsə illər ərzində uşaqlara ədəbi-bədii zövq aşılayan bu uşaq mətbu orqanları indi soyuq bir münasibətə tuş gəlib.

Ölkənin ən qocaman uşaq nəşrlərindən olan "Göyərçin" ədəbi-bədii jurnaldır. Sovet dövründə çox populyar olan bu jurnal müstəqillik illərində xeyli çətin dönəm yaşayıb.
“Göyərçin” jurnalının baş redaktoru Rafiq Əliyev Modern.az-a jurnalın fəaliyyəti və təbliğatı barədə danışarkən deyib ki, jurnala qarşı valideynlər tərəfindən soyuq münasibət var.
 “Valideyn 12 manat ödəyib jurnala 1 illik abunə olmaq əvəzinə, uşağının telefonuna kontur yükləməyi daha üstün tutur”-deyə baş redaktor şikayətlənib. Jurnalın tirajının bir zamanlar ən yüksək səviyyədə olduğunu söylənən baş redaktor indi isə o illərə baxanda çox aşağı düşdüyünü bildirib. 
“Jurnal orta məktəblərə yaxın buraxılmır və ona görə də bir az təbliğat zəifləyib”. Qeyd edək ki, jurnal 1958-ci ildən nəşr olunur.

“Savalan” qəzeti də öz növbəsində balaca oxucular üçün yeni və rəngarəng yazılar, rubrikalar hazırlayır. 1938-ci ilin avqustun 1-dən “Azərbaycan pioneri” adı ilə nəşr olunan qəzet 1992-ci ildən hazırkı adla çıxır. 
Qəzetdə tarixi mövzulara, şəxsiyyətlərin tanıdılmasına və vətənpərvərlik mövzusuna daha çox yer ayrılır. Həmçinin də tanınmış yazıçıların şeir və hekayələri də dərc olunur.
“Savalan” qəzetinin baş redaktoru Eldar Əliyev qəzetin yalnız abunə üçün nəzərdə tutulduğunu söyləyib. 1993 –cü ildən Milli Məclisin qərarı ilə onlara hər il maliyyə dəstəyi olduğunu söyləyən E. Əliyev orta məktəblərdə satış imkanlarının olmadığını da qeyd edbi.
“Bizə orta məktəblərdə qəzeti təbliğ etməyə və yaymağa imkan yaradılmır”-deyə baş redaktor vurğulayıb. Həftədə iki dəfə nəşr olunan qəzetin tirajı isə 2100- 2200 arasında dəyişir.

Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı