Modern.az

HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi

HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi

Aktual

27 May 2020, 10:33

Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinin direktoru Səadət Cavadovanın "Heydər Əliyev mədəniyyətimizin hamisi" adlı məqalə ilə çıxış edib. Modern.az həmin məqanə itəqdim edir.

 

 “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.”

                                                                                             

Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz  və ulu öndər Heydər Əliyev elm, təhsil və musiqinin inkişafına böyük addımlarını biz gənc nəsillərə miras qoyub. O, dahi şəxsiyyət hər zaman xeyirxah, vətənpərvər, millətini hər şeydən uca tutmuş, həyatının hər anını xalqına həsr etmişdir.Hazırki dövrümüzdə, fəaliyyətimizin hər addımında bu dahi şəxsiyyəti xatırlayır və onun uzaq görən əməllərinin uğurlu nəticələri ilə qarşılaşırıq.

 

Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev milli musiqi,balet,teatr,kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə

Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin,SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün,SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur.

Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.

 

Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi böyük tarixi hadisə idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə silinməz, əbədi iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi idi.Azərbaycan onun qanında, ruhunda idi.

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Deyə bilərəm ki, onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şeylər öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor V.Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.Olduqca kövrək ürəyə malik olan bu dahi şəxsiyyət Azərbaycan xalqının xüsusi ilə biz gənclərin yaddaşında daima qurucu və xilaskar dövlət xadimi,xalq məhəbbətini qazanan əvəzsiz lider olaraq qalıb.Azərbaycan xalqı,eyni zamanda bu vətənin gəncləri xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı ümummilli lideri var.Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda proffesional musiqi sənətinin gözəl bilicisi idi.Biz hər zaman onun musiqini necə çox sevdiyini şahidi olurduq.Sənətə və sənətkara necə diqqət və qayğı ilə yanaşdıqı heç zaman xatirimizdən silinməyəcək. Bu gün xalqımızın ümummilli lideri haqqında fikir söyləmək çox çətindir. Çünki o hər zaman qəlbimizdə əbədi və ölməz sərkərdədir.Ancaq əsl xoşbəxtlik odur ki, ölümündən sonrada bu qədər sevilə və xatirələrə həkk oluna.Biz musiqinin tədrisini verən bir pedaqoq kimi ulu öndərin əziz xatirəsini təkcə qəlbimizdə deyil ifa etdiyimiz sənət əsərlərində, eyni zamanda tədris planımızda Heydər Əliyevin şəxsiyyətini canlandıraraq bunu, fəaliyyətimizin bir missiyası hesab edəcəyik.

Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.

 

Mən məqaləmi Heydər Əliyevin mədəniyyətlə bağlı kəlamı ilə açdım və elə də bitirmək istəyirəm:

“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi