Modern.az

İctimai Palata piket keçirdi

İctimai Palata piket keçirdi

14 May 2012, 13:52


Modern.az-ın
məlumatına görə, İctimai Palatanın bu gün saat 13:00-da Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında başlatdığı icazəsiz aksiya başa çatıb. Bir saata yaxın davam edən aksiya öncə Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında başlasa da, sonra Fəvvarələr bağında davam edib. Aksiya iştirakçıları şəhərin mərkəzinə doğru irəliləyərək "İstefa!" və "Azadlıq!" şüarları səsləndiriblər. İlkin məlumatlara görə, piketi dağıtmağa çalışan polis əməkdaşları ilə iştirakçılar arasında mübahisə yaranıb. Aksiya zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir