Modern.az

AGBankın reytinqi qaldırıldı

AGBankın reytinqi qaldırıldı

14 May 2012, 17:25

Standard&Poors beynəlxalq reytinq agentliyi AGBankın uzunmüddətli reytinqini “B-“dan “B” səviyyəsinə kimi yüksəlib.
Bankdan Modern.az-a bildirilib ki, bu, 2012-ci il ərzində Standard&Poors  tərəfindən həyata keçirilən artıq ikinci müsbət dəyişiklikdir. Belə ki, cari ilin mart ayında öz konservativ yanaşması ilə fərqlənən S&P reytinq agentliyi AGBankın kredit portfelinin keyfiyyətində müşahidə olunan müsbət dəyişiklikləri nəzərə alaraq, bankın “outluk”u üzrə proqnozunu “neqativ”dən “stabil”ə kimi yüksəldib. Və nəhayət, sonuncu dəyişiklik nəticəsində bankın uzunmüddətli reytinqi qaldırılaraq “B” səviyyəsində təsdiq edilib ki, buda öz növbəsində AGBankın daha əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını genişləndirir.

Cari ilin birinci rübün sonuna AGBankın aktivləri 321 mln manat təşkil edir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 44,2 mln və ya 16 % artım deməkdir. Həmçinin kredit portfeli 2011-ci ilin birinci rübü ilə müqayisədə 11 % artaraq 211,1 mln manat təşkil edir. Bank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirməkdədir. Bankın səhmdar kapitalının 17,5% Beynəlxalq Maliyyə Korporasiyasına (İFC) məxsusdur.      

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi