Modern.az

ABŞ-da aksiyalar zamanı 1400-dək etirazçı saxlanıldı

ABŞ-da aksiyalar zamanı 1400-dək etirazçı saxlanıldı

31 May 2020, 08:53

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən və kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları zamanı ABŞ-ın 17 şəhərində təxminən 1400 aksiya iştirakçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

 

Məlumata görə, polis əməkdaşları ölkə ərazisində aksiyaların əvvəlindən bəri azı 1383 nəfəri saxlayıb. Eyni zamanda, saxlanılan şəxslərin həqiqi sayının daha çox ola biləcəyi qeyd edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır