Modern.az

Şərqi Avropa Ölkələrinin Parlament Assambleyası yaradılır

Şərqi Avropa Ölkələrinin Parlament Assambleyası yaradılır

12 Yanvar 2010, 17:45

Yanvarın 14-15-də Brüselldə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus, Moldava parlamentarilərinin görüşü keçiriləcək. Bu barədə Modern.az saytına Azərbaycanı bu tədbirdə təmsil edəcək deputat Asəf Hacıyev məlumat verib.
Onun sözlərinə görə, bu tədbir ATƏT-in Qarabağ məsələsi üzrə xüsusi məruzəçisi Qoran Len Markerin təşəbbüsü ilə keçiriləcək. Burada məqsəd Şərq Tərəfdaşlığı çərçivəsində Şərqi Avropa ölkələrinin Parlament Assambleyasının yaradılmasıdır. Deputat bildirib ki, nəzərdə tutulan toplantıda ilkin olaraq bu ölkələrin parlament assambleyasının yaradılması müzakirə olunacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır