Modern.az

Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri kəskin azalıb

Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri kəskin azalıb

1 İyun 2020, 14:10

“İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.

 

Modern.az xəbər verir ki, bu,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında bildirilir.

 

Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 19,7 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib. Ötən ilin aprel ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar 103,2 milyon manat olub. Belə ki, illik müqayisədə xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar 81% və yaxud 5 dəfə azalıb.

 

Onu da qeyd edək ki, 2019-cu ilin yanvar-aprel ayında isə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 374,8 milyon manat olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?