Modern.az

Çexiyada qızıl xəzinə aşkarlanıb

Çexiyada qızıl xəzinə aşkarlanıb

Aktual

1 İyun 2020, 14:28

Çexiyada Otuzillik müharibə dövrünə aid qızıl xəzinə aşkarlanıb. Həvəskar-arxeoloq içində 74 qızıl avstriya dukatı və türk tsexini olan gil küp tapıb. Qiymətli tapıntı Zlindəki Şimal-Şərqi Moraviya Muzeyinə təhvil verilib.   

Modern.az-ın məlumatına görə, alimlər hesab edirlər ki, xəzinə XVI əsrin ortaları – XVII əsrin əvvəllərinə aiddir. Gil küpü tapan da elə muzeyin işçisi olub. Ən az yaşlı sikkənin üzərində imperator II Ferdinand təsvir olunub. Qazıntı zamanı, həmçinin Osmanlı imperiyasına aid məmulatlar da aşkarlanıb.

“Biz hələki xəzinənin mənşəyi ilə bağlı fərziyyələr irəli sürürük. Ola bilsin ki, bu pullar Otuzillik müharibə zamanı yerli sakinlərdən birinin gizlətdiyi əmlakıdır. Ya da hansısa əsgərin əldə etdiyi qənimətdir ”, - deyə muzeyin arxeoloqu Yana Lanqova bildirib.        

Muzeyin direktoru Pavel Qrubes xəzinənin son onillikdə bu yerlərdə aşkarlanmış ən dəyərli tapıntı olduğunu söyləyir: “Mən tapıntını dəyərləndirmək istəməzdim, amma mən peşəkar olmadan belə, deyərdim ki, xəzinənin milyonlarla qiyməti var”. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır