Modern.az

Bu gündən bağlanmış bankların qorunan əmanətləri qaytarılır

Bu gündən bağlanmış bankların qorunan əmanətləri qaytarılır

1 İyun 2020, 15:20

Bu gündən bağlanmış bankların qorunan əmanətlərinin geri qaytarılmasına başlanılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

Baş bankirin sözlərinə görə, bağlanmış bankların əmanətlərinin 99 faizi, yəni 683 milyonluq əmanətin 680 milyonu qorunur.

Elman Rüstəmov bildirib ki, bağlanan banklarda qalan 680  milyon manatın 200 milyonluq həcmini geri qayatarmaq üçün Əmanətlərin Sığortalanması Fondunun özünün likvidliyi var. 

Qalan 480 milyon isə dövlət zəmanətilə Mərkəzi Bank tərəfindən ödəniləcək:

“Hazırda Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə danışıqlar aparılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır