Modern.az

Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

2 İyun 2020, 09:22

Tanınmış bloger Mehman Hüseynovda ağır xəstəlik aşkarlanıb - xərçəng...

Modern.az-ın məlumatına görə, bu barədə onun böyük qardaşı Emin Hüseynov bildirib. E.Hüseynov ictimaiyyətə müraciət edərək, kömək istəyib:

“Bir neçə həftə əvvəl həkimlər onda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər.

Xoşbəxtlikdən Mehman ən qısa müddətdə müalicəyə başlasa, bu xəstəliyin öhdəsindən gəlmək üçün çox yaxşı bir şansı var.

Müalicənin ilk mərhələsi dəyəri təxminən 30 min İsvecrə frankı (CHF) edən 5 və ya 6 həftəlik radioterapiya kursundan ibarətdir. Radioterapiya tamamladıqdan sonra həkimlər 4 həftə sonra şişin tamamilə çıxarılması üçün bir əməliyyat keçirəcək. Radioterapiya sonrası sağalma optimist bir ssenari ilə getsə, əməliyyatın dəyəri 12 min CHF təşkil edəcək, pessimist ssenariyə ilə getsə, 44 min CHF qədər artacaq. Yalnız xəstəxanada xərcləri ödəmək üçün lazım ola biləcək məbləğ təxminən 74 min CHF olacaq (CHF 1,00 = US$ 1,04 ).

Nə məndə, nə Mehmanda bu qədər pul yoxdur. Bütün ömrümüz boyu insan haqlarını müdafiə edən qeyri-kommersiya təşkilatlarında işləmişik və heç bir əmanətimiz yoxdur.

Mehmanın hətta lazımı xərcləri ödəyə biləcək tibbi sığortası yoxdur.
Mən onun İsveçrədə qaçqın və vətəndaşlığı olmayan vəziyyətdə yaşayan böyük qardaşıyam”.

E.Hüseynov bildirib ki, Azərbaycanda və qonşu Gürcüstanda müalicə və diqnoz üçün bir neçə uğursuz cəhddən sonra tərəfdaş insan hüquqları təşkilatlarının dəstəyi ilə Mehman İsveçrəyə gələrək, lazımı diaqnostik prosedurlardan keçə bildi.

“Mehman qlobal koronavirus pandemiyasının qızğın vaxtında Azərbaycandan yanıma gəldi. Sərhədlər bağlı olduğundan, müalicə və müayinəni İsveçrə ilə müqayisədə daha ucuz başa gələ biləcəyi Avropa ölkəsində etmək imkanımız yox idi.

Mehmanın müalicəsi üçün səmərəli səy göstərdiyinə görə yüksək ixtisaslı İsveçrə həkimlərinə minnətdarıq, amma onun müalicəsi üçün pul toplamaq üçün səylərimizi birləşdirməliyik.

Həyatını insan hüquqlarını və demokratiyanın müdafiəsinə həsr etmiş Mehmanın köməyinizə ehtiyacı var!

Hazırda onun həyatı təhlükə altındadır və sağlamlığına qovuşmaq və nəcib işlərini davam etdirə bilməsi üçün Azərbaycana qayıtması üçün dəstəyimizə ehtiyacı var.

Mehmanın taleyinə biganə qalmayan hər kəsi həmrəylik göstərməyə və onun həyatını qurtarmaq və sağlamlığını bərpa etmək üçün 74.000 CHF toplamağa kömək etməyə çağırıram”.


E.Hüseynovun sözlərinə görə, səhhətinin pisləşdiyini görən beynəlxalq insan hüquqları təşkilatları 2020-ci ilin yanvarında Mehmana kömək edərək onun qonşu Gürcüstanda tam tibbi müayinə olunmasını təşkil etdi.


“Gürcüstanda Mehmanı müayinə edən həkimlər xərçəng xəstəliyinin inkişafı şübhəsini aşkarladı və səhiyyəsi daha çox inkişaf etmiş Avropa ölkəsində təkrar müayinədən keçməsini tövsiyə etdilər.

İndi Mehmanda xərçəng xəsətlyinin olduğu təsdiqlənib. Bu mübarizədə qalib gəlmək üçün köməyimizə və dəstəyimizə ehtiyacı var. Onun sağlamlığını bərpa etməyimizə kömək edin ki, Azərbaycanda insan hüquqları və demokratiyanı təşviq etmək vəzifəsini davam etdirsin.

“Covıd19 pandemiyasının bir çoxunuza maddi təsir etdiyini bilirik; buna görə də onun müalicəsinə töhfə verə biləcəyiniz hər hansı bir məbləğə görə minnətdar olacağıq.

Həmçinin, bu müraciəti sosial şəbəkələrdə səhifələrinizdə paylaşaraq yardım etmək istəyən daha çox insana üz tutmağımıza kömək edə bilərsiniz.

Mərhəmətli ürəklərinizə və səxavətinizə görə əvvəlcədən təşəkkür edirik!!!”, - blogerin qardaşı müraciətində bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi