Modern.az

ABŞ-ı çalxalayan iğtişaşlar: Trampı seçkilərdə sarsıdıcı məğlubiyyət gözləyir

ABŞ-ı çalxalayan iğtişaşlar: Trampı seçkilərdə sarsıdıcı məğlubiyyət gözləyir

2 İyun 2020, 14:35

ABŞ-da qaradərili vətəndaşın polisin səhlənkarlığı ucbatından ölməsi irqi zəmində iğtişaşlara səbəb olub. Artıq 6 gündür ki, ölkənin müxtəlif şəhərlərində insanlar maşınları yandırır, mağazaları qarət edirlər.

İyunun 2-nə qədər ölkədə 4100 nəfər iğtişaşçı həbs olunub.

Modern.az xatırladır ki, hər şey mayın 25-i axşam saatlarında Minnesota ştatının Minneapolis şəhərində 4 6 yaşlı Corc Floydun mağazada alış-veriş zamanı saxta 20 dollarlıq əskinasdan istifadə etdiyi üçün saxlanılmasından başladı. Düklan sahibini  şikayəti əsasında polis Floydu saxlayır. Videokadrlardan da göründüyü kimi qaradərili şübhəlinin bir neçə dəqiqə asfaltda uzadılaraq boynunun sıxıldığı əks olunub. Corc Floyd huşunu itirərək xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur. Fərqli rakurslardan çəkilən videolarda Floydun “mən nəfər ala bilmirəm” ifadəsini dəfələrlə təkrar etdiyi görünür.

 

Videogörüntü hadisədən sonra ciddi rezonans doğurur və növbəti gün Corc Floydu saxlayan hər 4 polis işdən çıxarılır. Floydun boynunu ayağı ilə sıxan keçmiş polis əməkdaşı  Derek Şovinə isə “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə iş açılır. Qalan polislərə cinayət işi açılmayıb.

Artıq mayın 26-da Corc Floydun öldüyü əraziyə toplaşan çoxminlik kütlə həbsi gerçəkləşdirən polis əməkdaşlarının çalışdığı Minneapolisin 3 nömrəli polis idarəsinə yürüş etdilər. Polis idarəsini daşa tutan etirazçılara qarşı polis rezin güllə və gözyaşardıcı qazdan istifadə edir.

 

Mayın 27-dən başlayaraq iğtişaşlar daha geniş vüsət alaraq küçə və meydanlarda qarətlə müşahidə olunmağa başlayır. Minneapolisdə 28 may gecəsi 390-dan çox mağaza və 3 nömrıçi polis idarəsi etirazçılar tərəfindən yandırılır.

Bu tarixdən etirazlar ümümölkə xarakteri alır. Mayın 28-dən Los-Anceles, Çikaqo, Atlanta, Memfis, Denver, Kolambus, Boston və s. şəhərlərdə müşahidə olunur. İğtişaşlar mağazaların qarət olunması, maşınların yandırııması və s. müşahidə olunur. Bəzi şəhərlərdə komendant saatı tətbiq olunub, ştatların yarısında isə Milli Qvardiyanın qüvvələrindən istifadə olunub.

 

İğtişaşların miqyası və arealı genişləndikcə, polisin etirazlara daha sərt müdaxilə etdiyi özünü biruzə verdi. Mayın 29-dan polis kütləvi həbslərə və şiddətə üstünlük verməytə başladı.

“Minneapolisdə baş verənlər artıq Corc Floydun ölümü ilə bağlılığın itirib. Bu vətəndaş cəmiyyətinə və gözəl şəhərimizə qorxu aşılamaq istəyənlərin hücumudur”-deyə şəhərin yerləşdiyi Minnesota ştatının qubernatoru Tim Valts açıqlama Verdi.

 

Polis şiddəti bəzi hallarda jurnalistlərdən də yan keçmirdi.

“Mən Fergüsson, Baton-Ruj, Dallas və Los-Anceles kimi şəhərlərdə etiraz aksiyalarını işıqlandırmışam. ABŞ ordusuun İraq və Əfqanıstandakı fəaliyyətinə işıq salmışam. Amma bu gün olduğu kimi polis atəşinə məruz qalmamışdım”-deyə “Nyu York Tayms” qəzetinin rezin güllə yarası almış əməkdaşı Molli Henessi-Fisk açıqlama vermişdi.

 

Corc Floydun ölümü ilə yaranan gərginlik fonunda ABŞ lideri Donald Trampnı bəynataları gərginlik dərcəsini daha da artırırdı. Floydun ölümünə ilk reaksiyasında bunu “qəmli hadisə” adlandıran Tramp mayın 29-da Minneapolisdə polis məntəqəsinin yandırılmasından sonra daha sərt reaksiya verdi.  

“Mən böyük Amerika şəhəri Minneapolislə baş verənlərə sakit baxa bilmərəm. Rəhbərliyin tam biabırçılığı. Ya çox zəif, radikal solçi mer Ceykob Frey şəhərə nəzarəti əlinə alacaq, ya da mən Milli Qvardiyanı döndərəcəm və nəyi necə etmək lazım olduğunu göstərəcəm. Bu əclaflar Corc Floydun xatirəsini təhqir edirlər və mən onlara belə adım atmağa qoymayacam. Əgər qarətə başlasaz, atəş açcayıq”-deyə Tramp “Tvitter”də paylaşım etmişdi. Amma “Tvitter” bu tviti zorakılığın tətbiqi hesab edərək paylaşımı görünməz etmişdi.

 

Mayın 30-da isə iğtişaşlarda radikal solçuları və antifaşist birliklərini ittiham etmişdi .

İğtişaların noyabrda keçiriləcək prezident seçkilərinə hansı təsiri göstərəcəyi əsas sual doğuran məqamlardandır. Son rəy sorğuları Demokratların namizədi Co Baydenin Respublikaçı Donald Trampdan 5,9%  (48,4%-in 42,5%-ə nisbəti ilə) öndə olduğunu göstərir.

“Vaşinqton Post” və “ABC Nyus” telekanallarının rəy sorğuları isə bu fərqin 10%-ə çatdığını göstərir.

 

Tramp demokrat qubernator və merlərin iğtişaşlara nəzarət edə bilməməsini və Milli Qvardiyanın uğurunu xatırladır. Co Bayden isə xalq və polis arasında dialoq quracağına çağırışlar edir.

2016-cı il seçkilərində ABŞ seçki elektoratının 9%-ni təşkil edən qaradərililərin cəmi 8%-I Trampa, 89%-I isə democrat namizəd Hillari Klintyona səs vermişdi.

Onsuz da qaradərililər arasında populyar olmayan Trampın iğtişaşlara görə, ciddi səıs itkisi verməyəciy gözlənilir. Sıravi amerikalılar koronavirusla bağlı situasiyanın və ölkədə yaranmış iqtisadi vəziyyətin onlar üçün daha çox önəm kəsb etdiyini bildiriblər.

“Oxford Economics” analitik mərkəzi prezident Donald Trampı sarsıdıcı məğlubiyyətin gözlədiyin yazır. Buna səbəb kimi, koronavirusun doğurduğu qitisadi problemlər, işsizlik və irqi zəmindəki iştişalar əsas gətirilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır