Modern.az

Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI

Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI

Hadisə

2 İyun 2020, 14:52

“Niderlandda koronavirusa yoluxan bütün vətəndaşlarımız sağalıb”.

 

Bunu Modern.az-a Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana-Vətən” Azərbaycan Qadınları Birliyinin sədri Maisə Ağamirzəyeva bildirib. Diaspor üzvü Niderland və Belçikadakı vətəndaşlarımız arasında üstünlüyü tələbələrin təşkil etdiyini diqqətə çatdırıb:

“Belçikada yeni yoluxma halı ilə bağlı məlumat yoxdur. Bəzi vətəndaşlar Belçikada KOVİD-19-a yoluxduğunu bəlkə də gizlədir. Amma dəqiq məlumatdır ki, Niderlandda mövcud pandemiyaya yoluxan vətəndaşımız yoxdur. Artıq dünəndən etibarən orta təhsil müəssisələri müəyyən  qaydalar çərçivəsində fəaliyyətə  başlayıb. Çalışdığım xəstəxanada da virusa yoluxanların sayı azalıb. Bəzi yerlərdə maska məcburidir. Amma 13 yaşına dək uşaqlar maska istifadə etməsə də olar.

Vətəndaşlarımızın təxliyyə olunması ilə bağlı xəbər yoxdur, çünki uçuşlar başlamayıb. Niderlandda soydaşlarımızdan heç biri maddi yardım üçün müraciət etməyib. Amma Belçikada 3 nəfər tələbəmizə Diaspor Komitəsi  tərəfindən maddi yardım göstərilib”.

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi