Modern.az

Mikayıl Mirzənin yeri görünür - VİDEO

Mikayıl Mirzənin yeri görünür - VİDEO

3 İyun 2020, 10:03

3 iyun tarixi mərhum xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin vəfatının növbəti ildönümüdür.

Oğlu Mətin Mirzə Modern.az saytına atası haqqında danışarkən deyib ki, Mikayıl Mirzə 14 il aramızda olmasa da, yeri görünür.

“Bu gün Azərbaycanın onu kimi insanlara ehtiyacı var. O istiqlalımız, Vətənin müstəqilliyi uğrunda 80-ci illərdən mübarizə apardı. İctimai fikir meydanında hər zaman öndə oldu. Heydər Əliyev ideyalarının tərənnümçüsü, Yeni Azərbaycan ideologiyasının daşıyıcısı idi. Mili teatrımızın görkəmli nümayəndəsi, içtimai xadim kimi tanınmışdı.

Ümumummilli lider Heydər Əliyev atam haqqında fikir bildirəndə belə demişdi: “Bugünkü cəmiyyətdə Azərbaycanın haqq sözünü deyən insanlar lazımdır. Mikayıl o insanlardan biridir. O kritik məqamlar sənətkarıdır””.

M.Mirzə deyib ki, o, atasının dövlətçilik ideyalarının genetik daşıyıcısıdır:


“Mən onun dövlətçilik ideyalarının genetik daşıyıcısıyam. Bu geni diplomatik fəaliyyətimə yönəltsəm də, içtimai fikir meydanında varam. Nə qədər ki varam, dövlətçilik prinsiplərinə,  Prezident İlham Əliyevə ürəkdən bağlıyam və Mikayıl Mirzə ideyalarını davam etdirəcəm”.

Qeyd edək ki, Mikayıl Mirzə ömürünün axırında belə vəsiyyət etmişdi: “Zəmanətim əmanətimdir. Əmanətim oğlum Mətindir. O mənim içimdir. Oğlumun içi müstəqil Azərbaycandır. Mən onu Azərbaycanımız üçün böyütmüşəm. Onun  necə  qəbul  olunması isə Azərbaycanımızın öz işi olacaq.  Yaşasın Yeni Azərbaycan”.

Azərbaycan teatr və kino aktyoru Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Ağsu rayonunun Talış kəndində doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər müxtəlif fasilələrlə Akademik Milli Dram Teatrında aktyor işləyib.
İki dəfə Milli Məclisə deputat seçilib. 1991-ci il mayın 22-də Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adına layiq görülüb. 1992-95-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun direktoru olub.

2006-cı il iyunun 3-də dünyasını dəyişib.

Geniş tamaşaçı kütləsi onu müxtəlif ekran əsərlərindəki və televiziya tamaşalarındakı obrazlarında tanıyıb. Məsələn, "Babək"də Minbaşı, "Dədə Qorqud"da Gorqazan, "Qatır Məmməd"də Qasım, "Uzun ömrün akkordları"nda Hüseynqulu Sarabski, "Topal Teymur"da şair Girmani, "Günahsız Abdulla"da Abdulla və s.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?