Modern.az

26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı

26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı

3 İyun 2020, 17:39

Bu gün daha 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-1" bərə gəmisi ilə öz ölkəsinə yola salınıb.

 

Modern.az xəbər verir ki, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimiz də Kurık limanına yola düşüb. Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

 

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Əlavə olaraq bildirmək istərdik ki, bugünədək 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınmışdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?