Modern.az

Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

Mədəni̇yyət

4 İyun 2020, 10:05

İkinci dünya müharibəsinin (1941-45) dəhşətli aclıq və qıtlıq illəri taleyimdən qasırğa kimi keçib. Lakin mərhumiyyət illəri insanların sağlamlığına indiki bolluq və harınlıq mühiti qədər ağır zərbə vurmadı. Çünki o vaxt hər nə yeyirdiksə, hamısı təbii, keyfiyyətli və dadlı idi.

Bu günkü ərzaq bolluğu özü ilə bərabər ölkəmizə çoxlu xəstəliklər gətirib - insanların immun sistemini hədsiz dərəcədə zəyiflədib. Adi virus bütün dünyanı, hətta, dünyaya ağalıq edən milyaderlər ölkəsi Amerikanı da diz çökdürür. Səbəb də bəllidir: indiki ərzaq çiynində şəfa yükü deyil bəla yükü - zəhər daşıyır.

Vicdanını, özünün və ailəsinin sağlamlığını pula satan acgöz istehsalçılar, ərzağın “əmtəə görkəmini” (“tovarnıy vid”) yaxşılaşdırmaq naminə, bitkilərə o qədər qeyri-üzvi gübrə verir və zəhərli dərman vururlar ki, məhsul həm dadsız olur, həm də zəhərli.

Vicdanını və sağlamlığını pula satan tacirlər də, onlarla cinayət əlaqəsinə girərək, zəhərli ərzağı satır və varlanırlar. Belə halların qarşısını almağa, vətəndaşların sağlamlığını qorumağa borclu olan səhiyyə sistemi isə bundan faydalanır. İnsanlara müştəri kimi baxan bu təşkilat, zəhərli ərzaqdan da güclü zəhər olan kimyəvi preparatları satmaqla - cinayətkar qrupun 3-cü üzvinə çevrilir. Beləliklə, insan əleyhinə cinayət törədilmiş olur. Özü də ən ağır cinayət - insanın yaşamaq hüququnu əlindən alan cinayət. Ən dəhşətli hal budur ki, bu cinayət, dövlətin əsası sayılan, vətəndaşların yaşamaq hüququnu qorumağa borclu olan hökumətin gözü qabağında baş verir və cəzasız qalır.

Cəzasızlıq mühiti yeni və daha ağır cinayətlərə rəvac verir. Əgər yaxın keçmişdə fabrik və zavodlarda istehsal olunan ərzaq mallarının keyfiyətsiz olması faktı ilə rastlaşırdıqsa, indi zəhərli meyvələrin və tərəvəzin ölkələri sel kimi basması reallığı ilə üz-üzə qalmışıq. Əhali cinayətkar istehsalçı-ticarətçi-səhiyyə-hökumət bloku qarşısında tək və müdafiəsiz qalıb. Güclü reklam olunan zəhərli ərzaq və dərman, hətta, sağlam həyat tərzi yolunu seçənlərin də qarşısında böyük əngələ çevrilib.

Son illər pul hərislərinin törətdiyi daha bir cinayət faktı üzə çıxıb. Əksər bağbanlar meyvələri, baha satmaq məqsədilə, kal-kal dərib bazarlara çıxarırlar və yaxud da soyuducu-anbarlarda dərmanlayıb saxlayır, qış-yaz aylarında, qıtlıq vaxtı “marketlərə” qoyurlar. Tərkibində kifayət qədər Günəş enerjisi olmayan belə meyvə sağlamlığa daha böyük zərbə vurur. Həm də şirəsiz və dadsız olur. Meyvəni və tərəvəzi dadlı, faydalı edən qüvvə Günəş işığıdır. Onlar kal dəriləndə şəkər yığa bilmir, faydasız olur, üstəlik, qəbizlik törədir.

Bu bəladan çıxış yolu varmı? Var! Özü də ikisi.

Birinci yol. Hamı faciənin dərk etsə və səs-səsə verib hökuməti öz funksiyasını yerinə yetirməyə məcbur etsə, ərzaq məhsulları üzərində nəzarət edən təşkilatlar keyfiyətsiz və zəhərli qidaların satışa çıxarılmasına imkan verməz. Məmurları işlətmək hüququnuzdan səmərəli istifadə edin.

İkinci yol. Hər kəsin seçim hüququndan istifadə etmək imkanı var. Pulunuzu xaricdən gələn “üzü bəzək, içi təzək” ərzaqa verməyin, öz ölkəmizdə bitən görkəmsiz meyvə və tərəvəzləri alın. Yadda saxlayın ki, meyvə və tərəvəz süfrəni bəzəmək üçün deyi, hüceyrələrə vitaminlər və digər canlı elementlər daşımaq üçündür. Həm də hər meyvənin öz fəsli var, orqanizmə ancaq o vaxt fayda verə bilir. Dələduz işbazlar görsələr ki, xalq ayılıb, pis ərzaqı boykot etmək hüququndan istifadə etməyə başlayıb, sizi inandırıram, zərərli ərzaq istehsal etmiyəcəklər və onları xaricdən daşımayacaqlar.
Pis ərzaqı baykot etmək hüququnuzdan səmərəli istifadə edin!


Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri, yazıçı-jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir