Modern.az

Bakıda istifadəsiz kafe qarət olundu

Bakıda istifadəsiz kafe qarət olundu

4 İyun 2020, 10:10

Bakıda yarımçıq tikilidən oğurluq edilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini Zakir Mahmudzadəyə məxsus, sökülməkdə olan kafedə ümumi dəyəri 1 800 manat olan soyuducu və digər məişət əşyaları oğurlanıb.

 

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə məhkum olunmuş 1981-ci il təvəllüdlü Tahir Musayev və 1990-cı il təvəllüdlü Ruslan Tağıyev saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır