Modern.az

Deputat seçicilərindən xahiş etdi - həftə sonu evdə qalın

Deputat seçicilərindən xahiş etdi - həftə sonu evdə qalın

4 İyun 2020, 12:56

Deputat Tahir Mirkişili əhaliyə çölə çıxmamaqla bağlı müraciət edib.

 

Modern.az xəbər verir ki, Sumqayıt 2-ci seçki dairəsindən deputat seçilən Tahir Mirkişili son günlər yoluxma hallarının artdığını qeyd edərək sumqayıtlıları intizama çağırıb:

 

“Son günlər ölkədə karantin şərtlərinin yumşaldılması korona virusa yoluxma hallarını artırmışdır. Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar.

 

Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir birinizdən məsafə saxlayasız. Həftə sonları evdə qalasız!

 

Bu bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir