Modern.az

Azərbaycanla Türkiyə arasında uçuşlar bərpa olunur - RƏSMİ

Azərbaycanla Türkiyə arasında uçuşlar bərpa olunur - RƏSMİ

Aktual

4 İyun 2020, 16:30

Azərbaycanla Türkiyə arasında uçuşların iyunun 15-dən etibarən bərpa olunması gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və infrastruktur naziri açıqlama verib. Nazir bildirib ki, 40 ölkəyə uçuşların bərpası planlaşdırılır.

 

Nazirin açıqlamasına görə iyunun 10-da, Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qatar, Yunanıstan, 15-də Almaniya, Avstriya, Azərbaycan, Çexiya (Çexiya), Xorvatiya, Hong-Kong, İsveçrə, Yaponiya, Şimali Makedoniya Respublikası, Litva, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Sinqapur, Sloveniya, Tacikistan, ayın 20-də Hollandiya, Qazaxıstan, 22 iyunda Albaniya, Bosniya və Herseqovina, Danimarka, Estoniya, Finlandiya, Cənubi Koreya, İrlandiya, Monteneqro, Qırğızıstan, Latviya, Lüksemburq, Norveç, Slovakiya və nəhayət, iyunun 25-də Belçika ilə uçuşlar bərpa oluna bilər.

 

Qeyd edək ki, Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?