Modern.az

Tarixi Azərbaycan torpaqları və toponimləri

Tarixi Azərbaycan torpaqları və toponimləri

Aktual

4 İyun 2020, 17:46

Süni yollarla qədimliyini sübut etmək istəyən, hər zaman tarixi saxtalaşdırmağa çalışan ermənilər Azərbaycanlılara və digər türkdilli xalqlara qarşı həmişə düşmənçilik mövqeyində durmuş və durmaqdadırlar. Tarix boyu ermənilər Azərbaycan mənşəli toponimlərə münasibətdə də qərəzli mövqe tutmuşlar. Qərbi Azərbaycanda, indiki Ermənistan adlandırılan ölkədə Azərbaycan mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi, azərbaycanlıların min illər boyu bu ərazidə yaşamasını sübut edən tarixi faktları saxtalaşdırmaq, xalqın adlara hopub əsrlərlə yaşamış tarixini pozmaq, “tarixin torpağın köksündəki izlərini” itirmək, onlara başqa don geyindirmək məqsədi daşıyıb.

 

Toponimlər hər bir xalqın milli və mənəvi sərvətidir. Hər hansı ölkənin, bölgənin toponimlərində  tarixi, o dövrün coğrafi mühütü yaşayır. İstənilən coğrafi ad (toponim) təsadüfən, heç nədən yaranmır. Hər bir toponim ictimayi məhsuldur.

 

Ermənistan ərazisindəki toponimlər arasında doğrudan da etnotoponimlərin sayı az deyildir. Məsələn, Eymur, Orand, Çovdar, Çabanlı və s. Eymur etnotoponiminin Ayrum//Ayrım//Imer//Imir variantları vardır. 

 

Möhtərəm cənab Prezident  regionlarımıza səfəri zamanı bir daha vurğuladı ki, Sisyan rayonunun əsl adı Qarakilsə rayonudur. Baxmayaraq ki, onlar bizim torpaqlarımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusi ilə gənclər bilməlidir. Dünənki cıxışında cənab Prezident alimlərimizə Azərbaycan mənşəli toponimlər haqqında kitab dərc olunmasını tapşırdı. Əlbətdə bu kitab bugünkü və gələcək gəncliyimizin  tarixi toponimlərimizin daha dərindən mənimsədilməsində  xüsusi və əhəmiyyətli yer tutacaq. 

 

Qərbi Azərbaycanın türk mənşəli toponimləri tarixin yaddaşına çevrilib, mənəvi soyqırıma məruz qalıb.

 

Ulu öndər Heydər Əliyev demişdi: “Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar”.

 

Cənab Prezidentimiz  İlham Əliyev: “Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırım və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi Azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının  uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi...”

 

Azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilib. Düşmənin çirkin məqsədləri aydındır: qədim Azərbaycan  adlarını yaddaşlardan silmək, bu yerlərin guya, qədimdən onlara məxsus olduğunu sübut etməkdir.

 

Digər etnik azlıqların olmasını inkar etməsi və Azərbaycanlılara məxsus mədəni-tarixi abidələri  mənimsədilməsi vandalizm hadisəsidir və açıq aşkar davam etdirilməkdədir.

 

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il mayın 29-da qəbul edilmiş tarixi səhv qərar nəticəsində, tarixən Azərbaycan şəhəri olan İrəvan Ermənistana verilib. Zəngəzurun verilməsi də həmçinin böyük  tarixi səhvdir. Bu qərar nəticəsində türk dünyası  coğrafiyası iki yerə bölündü və Azərbaycan ilə Türküyə sərhədlərini demək olar ki, bağladı. Hazırda Türküyə ilə sərhədlərimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır.

 

1886-cı ildə E. Kondratenkonun redaktorluğu altında tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin Azərbaycan dilində olmasıdır. Misal: Sarvanlar, Arzu kənd, Sərdarabad, Güllücə, Daşvurun, Qazı-Qışlaq, Mehriban, Şirabad, Qəmərli, Kamalı, Molla-Göyçə, Yaqublu, Alagöz, Gözəl dərə, Qara xal, Xeyirbəyli, Əli Məmmədli, Baş-abaran, Göyçə gölü və s. İrəvan quberniyasının xəritəsinə baxdıqda oradakı toponimlərin Azərbaycanca göstərilməsi faktı, Qərbi Azərbaycan-indiki Ermənistan ərazisinin  qədim və yerli sakinlərinin Azərbaycanlılardan ibarət olması bir daha öz təsdiqini tapmış olur.

 

Mənfur qonşulardan fərqli olaraq, Azərbaycan Respublikasında dövlət və onun rəhbərləri tərəfindən milli-etnik münasibətlər sahəsində tolerant siyasət yürüdülür və dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara və etnik qruplara məxsus coğrafi adlara hörmətlə yanaşılır. Bu da bizim nə qədər  böyük millət olmağımızın  sübutudur. Dünya sübut edir ki, Azərbaycanda hökm sürən millətlər arası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 %-ni ermənilər təşkil edir.

 

Möhtərəm Prezidentimiz dəfələrlə vurğulayıb ki, İrəvan, Zəngəzur və digər ərazilər Azərbaycanın əzəli tarixi torpaqlarıdır. İndiki Ermənistan Respublikası Azərbaycan torpaqlarında yaradılıb. Bu torpağın yerli əhalisi  məhz azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Bu, tarixi faktdır. Tarix isə, keçmişin şahidi və həqiqətin nurudur. Mən əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcəkdir. Gec-tez haqq-ədalət öz yerini tutacaqdır.

 

Ali Baş Komandanımız İlham Əliyev: “Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik.”

 

Naftalan ziyalısı

Kəmalə Hüseynova

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır