Modern.az

Ucqar kənd məktəblərində müəllim çatışmazlığını necə həll etməli… - TƏKLİF VERİLDİ

Ucqar kənd məktəblərində müəllim çatışmazlığını necə həll etməli… - TƏKLİF VERİLDİ

Təhsil

5 İyun 2020, 08:39

Hazırda ölkənin ucqar kəndlərində yerləşən təhsil müəssisələrinin bəzilərində kadr çatışmazlığı müşahidə edilir. Gənc müəllimlər rayon mərkəzləri və şəhərlərə can atılar ki, bu da kəndlərə işləməyə gedənlərin sayına təsir etmiş olur.

Baxmayaraq ki, ucqar bögələrdə çalışan müəllimlərə H1 və H2 proqramı çərçivəsində həvəsləndirici güzəştlər edilir, amma yenə də bu problem öz həllinin tam tapa bilmir.

Maraqlıdır, ucqar rayonlarda kadr çatışmazlığının səbəbi nədir? Problemdən çıxış yolu var?

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov ucqar rayonlarda kadr çatışmazlığının həlli yolunu tətbiq edilən güzəştlər üçün müəllimlərin yaş həddinin artırılmasında görür:

 

“Ölkədə son illərdə müəllimlərin işə qəbulu, onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Bir çox yerlərdə müəllimləri cəlb etmək üçün həvəsləndirmə (H1,H2) tətbiq edilir. Həvəsləndirmə rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Həvəsləndirmənin 2 istiqaməti var.
H1-rayon mərkəzindən 3 km dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H1-də maaşın üstünə 60 manat əlavə vəsait gəlir.
H2- 20 km dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H2 üçün 160 manat məbləğində vəsait nəzərdə tutulur.

Bütün bunlar əla. İndi gələk əsas məsələyə: 5 il ərzində elektrik enerjisi və nəqliyyat daşıyıcılarının qiymətləri azı 2 dəfə bahalaşıb, amma müəllimin məhz bu problemini həll etmək üçün müəyyən edilmiş məbləğ artmayıb. İkincisi, müəllim 35 yaşı tamam olandan sonra da həmən yolu gedir və enerjini sərf edir. Ona görə də həvəsləndirmə proqramlarında 35 yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Yoxsa H1 və H2 tətbiq edilən məktəblərdə çalışanlar bu yardım dayanandan sonra onlar da məktəbi dəyişəcək. Belə hallar artıq baş verir. Birdə bölgələrdə müəllimlərin dərs saatı 25-30 saat deyil ki, onlar yüksək əmək haqqı alsınlar. Məhz gəncləri regionlarda məktəblərə cəlb etmək üçün əmək haqlarına müvafiq əlavələr edilməlidir. Bir daha təklif edirəm ki, H1 və H2-yə görə verilən vəsaitlər və yaş həddi artırılsın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir