Modern.az

Vaşinqton meri Milli Qvardiyanın geri çəkilməsini tələb etdi

Vaşinqton meri Milli Qvardiyanın geri çəkilməsini tələb etdi

5 İyun 2020, 09:00

Vaşinqton meri Myuriel Bouzer ABŞ-ın digər bölgələrindən gələn Milli Qvardiya kontingentinin şəhərdən çəkilməsini tələb edib.

 

Modern.az xəbər verir ki, mer mətbuat konfransında paytaxta gətirilən hərbçilərin şəhərdən çıxarılması istəyində olduğunu bildirib.  Onun sözlərinə görə, Vaşinqton hakimiyyəti şəhərdə ictimai qaydanı təmin etmək üçün əlavə qüvvələr tələb etməyib. O, əlavə edib ki, başqa bölgələrdən əlavə hərbi kontingentin gətirilməsi barədə qərarın Federal hakimiyyət tərəfindən deyil, məhz şəhər səviyyəsində verildiyini söyləyib.

 

 

Xatırladaq ki, mayın 25-də afrroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi kütləvi iğtişaşlara səbəb olmuşdu. ABŞ rəhbərliyi Milli Qvardiya qüvvələrinin etiraz aksiyalarının yatırılmasına cəlb edilməsi haqda göstəriş vermişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi