Modern.az

Balakəndə 2 tondan artıq çətənə kolu yandırıldı

Balakəndə 2 tondan artıq çətənə kolu yandırıldı

5 İyun 2020, 09:58

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az verilən məlumata görə, ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir