Modern.az

Bakıda narkotik satışı edən şəxs saxlanılıb

Bakıda narkotik satışı edən şəxs saxlanılıb

Aktual

5 İyun 2020, 10:56

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.


Modern.az xəbər verir ki, Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Sumqayıt şəhər sakini Valeh Hüseynov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 970 qram olan narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum şəxsdən satmaq niyyəti ilə  aldığını bildirib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Valeh Hüseynovun  cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər