Modern.az

Elektrik qatarlarının hərəkəti dayandırılır - RƏSMİ

Elektrik qatarlarının hərəkəti dayandırılır - RƏSMİ

5 İyun 2020, 11:02

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılır.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

 

Qeyd edlib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.

 

Xatırladaq ki, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir