Modern.az

XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir”

XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir”

Aktual

5 İyun 2020, 11:53

“Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

 

XİN rəsmisi geri qayıtmaq istəyən vətəndaşlarımızın mərhələli şəkildə təxliyyə ediləcəyini diqqətə çatdırıb:

“Hələ də bəzi ölkələrdə Azərbaycana geri dönmək istəyən vətəndaşlarımız var. Bu ölkələrə həm qonşu ölkələr həm də Avropa ölkələri daxildir. Yaxın günlərdə çarter reysləri vaitəsi ilə vətəndaşlarımızın geri qaytarılması istiqamətində tədbirlər davam etdiriləcək.

Təxliyyə məsələsi davamlı şəkildə həyata keçirilir və keçiriləcək. Çünki hələ də Azərbaycana geri dönmək istəyən vətəndaşlarımız var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır