Arxiv
16 May 2012, 18:41 | DÜNYA
Panideyalar, mondializm və beşinci kalon

Qloballaşma beynəlxalq münasibətlərdə köhnə yeni

Beynəlxalq münasibətlər ümumiyyətlə bir sistem kimi, çox qədim tarixə malikdir. Onun müasir akademik siyasi elmlər platformasında öyrənilməsinin tarixi isə son 2 yüz ilə təsadüf edir. Amma buna baxmayaraq, özlüyündə beynəlxalq münasibətlər həmişə mövcud olub. Ən qədim dövrlərdə, hətta insanlar qəbilə və tayfa ittifaqları çərçivəsində yaşayan zaman, millət və xalqların formalaşmadığı ibtidai dövrlərdə insanlar arasında ən ibtidai alış-veriş münasibətləri istər maddi, istərsə də mədəni mübadilələr elə beynəlxalq münasibətlər kimi qəbul edilə bilər. Bu bir sıra nəzəriyyəçilərin müdafiə etdiyi tezisdir. Başqa bir tezis isə həmin münasibətləri sadəcə beynəlxalq əlaqələr kimi qiymətləndirir. Çünki rəsmi olmadığı və sistem olaraq, müasir elmin qəbul etdiyi formata uyğun gəlmədiyi üçün bunu, sadəcə, xalqlar və millətlər arasında əlaqələr kimi səciyyələndirirlər. Amma hər nə olursa olsun, başqa formatda və ya başqa miqyas və ölçüdə, yaxud fərqli statuslarda olsa belə hər halda biz hesab edirik ki, "beynəlxalq münasibətlər" dediyimiz münasibətlər elə əzəli və əbədidir. Hər nə qədər bu gün elm beynəlxalq əlaqə və münasibətləri fərqli məsələ kimi qəbul etsə də bunun kökündə məhz xalqlar və dövlətlər, xalqlar və millətlər arasında, hətta tayfa və qəbilələr arasında olan ən müxtəlif əlaqələr durur.

Milli dövlətlər əsas aktor kimi

Məsələ ondadır ki, orta əsrlərdə milli dövlətlərin artıq hegemon güc kimi beynəlxalq münasibətlər arenasına çıxması ilə beynəlxalq münasibətlərin yeni keyfiyyətdə formalaşması özlüyündə yeni tendensiyalar yaratdı. Bu tendensiyalar müxtəlif hallarda müxtəlif cürdür. Əgər son 2 yüz ildə beynəlxalq münasibətlərin formalaşdığı dövrə diqqət yetirsək görərik ki, bu dövrdə bütün münasibətlər xalqlar arasında gedən mübarizədə beynəlxalq münasibətlərin bir aktorunun digəri üzərində hegemoniyasının, maraqlarının təmin olunmasına yönəlmişdir və münasibətlər də elə bu kontekstdə inkişaf etmişdir. Bundan isə ən müxtəlif imperiyalar doğmuş hərbi imperiya dövrü başa çatdıqdan sonra iqtisadi imperiya, onun ardından mədəni imperiya və s. meydana gəlməyə başlamışdır.

Müasir beynəlxalq münasibətlərdə beynəlxalq təşkilatlar

Amma II dünya müharibəsindən sonra isə beynəlxalq münasibətlərə regional və beynəlxalq təşkilatların daxil olması və bu sistemdə özünəməxsus funksional instituta çevrilməsi beynəlxalq münasibətlərə tam müasir mənada yeni keyfiyyət gətirmiş oldu. İlkin mərhələdə doğrudan da milli dövlətlər, yəni beynəlxalq münasibətlərin əsas aktorları arasında bir növ tənzimləyici və kordinasiyaedici funksiya yerinə yetirmək üçün nəzərdə tutulan beynəlxalq təşkilatlar sonrakı mərhələdə nəzərdə tutulmuş bu məqsəddən saparaq ayrı-ayı güclü milli aktorların təsiri altına düşməyə başladılar. Məsələn, Birləşmiş Millət Təşkilatı (BMT) kimi əslində, millətlərin iradəsini güya ifadə edəcək bir təşkilat elə yarandığı gündən dərhal sonra məhz ayrı-ayrı milli aktorların diqtəsi ilə qərarlar qəbul etməyə başladı. Ona görə də BMT-ni qısa müddətdə gözdən düşmüş, məqsədinə çatmamış bir növ "ölü doğulmuş aktor" kimi səciyyələndirmək olar. Əlbəttə ki, bununla mübahisə də etmək olar. Çünki BMT-ni "ölü doğulmuş" bir aktor kimi təqdim etmək, səciyyələndirmək olduqca cəsarətli və mübahisəli fikirdir. Amma buna baxmayaraq, biz bunu iddia edirik. Çünki BMT-nin fəaliyyəti dövründə qəbul etdiyi olduqca çox icra edilməyən, yəni ölü qərarlar var. Hesab edirik ki, BMT-nin fəaliyyəti aldığı deyil, icra etdiyi qərarlarla, yəni əməli, feli hərəkətləri ilə qiymətləndirilərsə, söylədiklərimizin ədalətli olduğu ortaya çıxar. Biz hesab edirik ki, feli yanaşmada doğurdan da diqqət etsək, görəcəyik ki, BMT məhz bir sıra aparıcı hegemon aktorların bir növ struktur vahidinə çevrilib. Bundan sonra onun mandatı ilə təşkil olunan, onun mandat verdiyi ayrı-ayrı regional təşkilatlar da bir növ güclü milli aktorların diqtəsi ilə idarə olunan hüquqi subyektlərə çevriliblər. Yəni onları beynəlxalq münasibətlərin müstəqil aktorları kimi səciyyələndirmək çox çətindir.

Elə son dövrlərdə Azərbaycana münasibətdə də məhz BMT, ATƏT və eyni zamanda BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinə bu nöqteyi-nəzərdən baxmaq lazımdır. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxamayaraq, həmin sənədlər icra edilməmiş qalıb. Amma bəzi hallarda sözügedən qurum tərəfindən qəbul edilmiş qətnamələr dərhal icra olunur. Bu məsələlər isə onu göstərir ki, hər nə qədər müasir dövrdə beynəlxalq münasibətlər sistemində ayrı-ayrı aktorların fəaliyyəti nümunəsində beynəlxalq təşkilatlar və regional təşkilatlar önə sürülürsə, onlardan qlobal bir nəzarətedici və tənzimləyici, yaxud kordinasiyaedici mexanizm obrazı yaratmağa çalışılırsa da, ciddi təhlil zamanı bu ideya tənqidə dözmür. "Sabun köpüyü" kimi dağılıb gedir və təəssüf ki Azərbaycan da məhz bunu öz üzərində hiss edən ölkələrdən biridir. Bunun əvəzində isə real müstəvidə qlobal beynəlxalq münasibətlər sistemində əsas aktorlar kimi yenə də milli dövlətlər qalır. Amma məsələ ondadır ki, hazırda müstəqil aktor kimi milli dövlətlərin sayı sadəcə bir neçə milli iradə ilə və yaxud bir neçə milli iradə ittifaqı ilə məhdudlaşır. Məsələn, belə ittifaqlardan biri kimi biz anqlosakson - yəhudi ittifaqını göstərə bilərik. Və ya əgər belə xarakterizə etmək mümkündürsə, german-qal ittifaqı adı altında Fransa-Almaniya tandemini nəzərdə tuta bilərik. Yaxud bu ittifaqları bloklar şəklində ifadə etsək, ənənəvi qərb siyasi leksikonuna istinad edərək avrosentristlər və avroatlantçılar kimi xarakterizə edə bilərik. Əslində, bu sadaladıqlarımız milli siyasi iradələrin ittifaqlarıdır və bunlar məhz milli dövlətlərə söykənir.

Panideyalar və milli dövlətlər

Məsələ burasındadır ki, bu güclü ittifaqlar və dövlətlər panideyalara sahib ölkələrdir və gizli panideyalar vasitəsilə əks cəbhədə mübarizə aparır və ölkəsinin, xalqının iradəsini, milli gücünü səfərbər edirlər. Beləliklə, bəlli olur ki, müasir dünyamızda beynəlxalq münasibətlər sistemində hegemon milli aktorlar digər milli aktorları, milli dövlətləri panideyaçılar platformasından sıxışdıraraq çıxardır və müxtəlif beynəlxalq təşkilatlar, ümumi bəşəri ideyalar və dəyərlər adı altında onların milli hakimiyyətlərinə və hökumətlərinə təzyiqlər göstərməklə onların milli hakimiyyətlərini və dövlətçiklərini məhdudlaşdırırlar. Nəticədə isə nə baş verir?!

- Qloballaşma deyilən güclü bir tendensiya böyük ölkələr tərəfindən müdafiə olunur və bu qloballaşma istər iqtisadi, istər mədəni, istər elmi və texnoloji platformada məhz hegemon milli dövlətlərin maraqlarına xidmət edir.

Qloballaşmanın alt qatında heç şübhəsiz ki, ciddi iqtisadi maraqlar sistemi formalaşıb. Bu iqtisadi maraqlar milli dövlətlərin maraqlarına xidmət edir. Çünki qloballaşma prosesində istər kapital, istər kapitalın idarə olunması, istər maliyyə, istərsə də intellektual resurslar məhz azsaylı milli aktorların (dövlətlərin) bazası əsasında formalaşmaqla məhz hegemon aktorların maraqlarına xidmət edir. Beləliklə, qloballaşma getdikcə zəif milli dövlətlərin bütün struktur vahidlərinə təsir etməklə onun milli dövlət, milli iqtisadiyyat, milli mənəvi, milli mədəni və s. strukturlarını sıradan çıxarır. Bunun xalq tərəfindən aydın dərk olunmaması üçün isə hegemon dövlətlər milli dövlətlərin ictimai şüuru ilə işləməyi özlərinə vacib hesab edirlər. Əgər anlaşılar və dərk olunarsa ki, aparılan siyasət nəyə xidmət edir, heç şübhəsiz ki, zəif milli aktorların vətəndaşları tərəfindən milli müqavimət hərəkatları başlaya bilər və bu isə hegemon aktorların maraqlarına xidmət etməz. Ona görə də çox hallarda bu prosesi müəyyən cəlbedici ideyalarla pərdələyirlər. Bunu demokratiya, insan hüquqları və azadlıqları, mədəniyyət və s. kimi cəlbedici, ilk baxışda xoş görünən, əslində isə aldadıcı ideyalarla bəziyirlər.

Yeni əsrdə yeni keyfiyyət dəyişkənlikləri

Ötən əsrin 80-ci illərindən sonra baş verən bu proseslər nəticəsində tamamilə yeni keyfiyyətdə yeni beynəlxalq münasibətlər formalaşmağa və bu yeni formalaşan beynəlxalq münasibətlər sistemində artıq dünyaya panideya sahibi olan və öz iradəsini diqtə edən milli aktorların sayı daha da azalmağa başladı. Beləliklə, dünyada təkqütblü və təkmərkəzli sistem formalaşmağa başladı. Güclü maliyyə axını və qloballaşma ilə müşahidə olunan bu proses nəticə etibarı ilə ona gətirib çıxartdı ki, artıq Avroatlantika məkanında yeni təkmərkəzçilik ideyası yarandı ki, bu da mondializm (tək dövlət) adlanır. Əgər qloballaşmanın müxtəlif aspektlərdə müxtəlif izahatı mümkün idisə, artıq mondializmin milli dövlətlərə qarşı olmadığını izah etmək mümkün deyil. Çünki mondializm tək dövlət ideyasına (nəzəriyyəsinə) əsaslanır və milli dövlətləri sıradan çıxarmağa yönəlib. Amma bu milli dövlətlər panideya sahibi olan hegemon milli dövlətlər deyil. Bu milli dövlətlər aşağıda təsnifatlandıracağımız bölgüdə əks olunan sonuncu bənddə əksini tapan dövlətlərdir.

Qərb siyasi elminin aftoritetlərindən sayılan Haushofer "Geosiyasətdə panideyalar" əsərində yazır ki, panideya meyli XX əsrin əvvəllərində özünü tamamilə doğrultdu. Eyni zamanda, qeyd edir ki, geosiyasi güclərin dünyanın bölüşdürlməsi və onlar üzərində tam nəzarət tətbiq etməsi gələcəkdə panideyalar, konsepsiyalar vasitəsilə bütün dünyanı əhatə edəcək. Beləliklə də, ən güclü ideyaları olan millətlər və yaxud dövlətlər dəyərlərini, məqsədlərini yer kürəsinin ayrı-ayrı məkanlarına da yayacaqdır. Bu isə gələcəkdə yeni dünyanın necəliyini şərtləndirəcək, yaxud şəkilləndirəcək.  Demək ən güclü dövlət dedikdə Haushofer də məhz güclü dövləti, milli aktorları, imperialist gücləri, hegemon dövlətləri nəzərdə tutur. Belə olan halda güclü olmayanlar nə edəcəklər?!

Şübhəsiz ki, baş verən bu mürəkkəb tarixi prosesdə öz milli dövlətçiliklərini itirəcəklər. Və yaxud milli dövlətçiliyini formal saxlamaqla milli keyfiyyətləri və milli maraqları qorumaq iqtidarında olmayacaqlar. Ona görə də bu gün iddia etmək olar ki, Haushoferin fikirləri XX əsrdə dünya sivilizasiyalarının panideya imperiativləri şəklində qlobal informasiya xətlərini məşğul edərək bütün dünyaya yayılmaqdadır.

Milli dövlətlər qloballaşmanın hədəfi kimi

Məhz 2001-ci ildə baş verən hadisələr beynəlxalq münasibətlərə yeni modernist keyfiyyət gətirdi. 2001-ci ildə ABŞ-da qoşa qüllələrə qarşı yönələn terror aktından sonra ABŞ hesab etdi ki, artıq dünyada məhz panideyalar və mondializm siyasətini həyata keçirmək üçün yeni mərhələni başlatmaq olar. Bu hadisə dünyanın yenidən təşkil olunmasının, mondializm nəzəriyyəsinin reallaşmasının startı, milli dövlətlərin isə sonunun başlanğıcı idi. Bu mərhələdə nəzəriyyəçilər dünya dövlətlərini 4 qrupa 2 geosiyasi zolağa bölürdülər. Geosiyasi zolaqlar fərqli sivilizasiyaya aid olan dövlətlərdir ki, bu da Hantinqtonun sivilizasiyaların toqquşması nəzəriyyəsi ilə bir daha öz elmi nəzəri təsdiqini tapmış oldu. Hərçənd ki, biz hesab edirik ki bu kobud subyektiv yanaşmadır və ümumiyyətlə, bəşəriyyətin dinamikasına, inkişaf tendensiyalarına və tarixi inkişaf qanunauyğunluqlarına ziddir. Amma həm də uyğundur. Çünki doğurdan da daima bəşər sivilizasiyası məhz qarşıdurma və rəqabət şəraitində inkişaf etmişdir. Bununla belə Hantinqtonun səciyyələndirdiyi yeni keyfiyyətdə qarşıdurma isə artıq düşmənçilik, kin, bir-birini inkara əsaslanan qarşıdurma nəzəriyyəsidir. Ona görə də hesab edirik ki, bu gün dünyada radikal şəkildə baş verən bir sıra toqquşmaların ideya nəzəri əsasını məhz sivilizasiyaların rəqabətini toqquşma və antoqonist qarşıdurma kimi təsvir edən sivilizasiyaların qarşıdurması nəzəriyyəsindəki tezislər təşkil edir.

2001-ci il sonun başlanğıcı

Beləliklə, 2001-ci ildə ABŞ dünya dövlətlərinə müraciət etdi: terrora qarşı bizimlə olacaqsınız, bizim yanımızda deyilsinizsə, bizim qarşımızda olacaqsınız. Bu, olduqca radikal yanaşma olmaqla məhz dünyanın cəbhələrə bölünməsində ciddi bir addım oldu. Əlbəttə ki, həmin prosesdə müxtəlif ölkələr, milli aktorlar müxtəlif səviyyələrdə və miqyasda işirak etməyə başladılar. Ona görə də bundan sonrakı mərhələdə dünya ölkələri yuxarıda dediyimiz 4 qrupda birləşdirildi. Bunlardan

-birincisi, mədəni dünya qurucuları,

- ikincisi mədəni dünya qurucularına yardım göstərənlər,

- üçüncüsü mane olmayanlar,

- dördüncüsü isə bütün dünyada terrorun, pisliklərin, radikal meyillərin, kamikadzelərin və digər bütün mədəni, mənəvi, siyasi eybəcərliklərin mövcud olduğu rejimlər olan dövlətlər.

Əlbəttə, mədəni dünyanın qurucuları dedikdə kimlərin nəzərdə tutulduğu heç kəsə sirr deyil. Bunlar qərb dövlətləri və avroatlantika ittifaqında yer alan dövlətlərdir. Onlara yardım göstərənlər qərbi və şərqi avropa məkanında mövcud olan ayrı-ayrı kiçik, dünya siyasətində o qədər də əhəmiyyətli rol oynamayan ölkələrdir. Onlara mane olmayanlar kimi təsnifatlandırılan 3-cü qrupda isə dini və ideoloji, identikliv baxımından paralel məkanda olmayan, amma eyni zamanda bu prosesi dəstəkləyən ölkələr nəzərdə tutulur.

Və nəhayət 4-cü qrupda isə "müharibə" obyekti kimi müəyyənləşdirilmiş ölkələr birləşdirilib. Bunlar da aydındır ki, əsas etibarı ilə müsəlman şərqi, bir sıra cənubi-şərqi Asiya ölkələri və s-dir.

Göründüyü kimi, panideyalara sahib olan ölkələr dünyanı bölüblər və müxtəlif rıçaqlar, müxtəlif ideoloji və eləcə də real vasitələrlə, həm də "beşinci kalon"larla həmin ölkələr qarşı mübarizə aparırlar.

Mülayim bədii ifadələrin altındakı sərt siyasi reallıqlar, yaxud ərəb baharı

2003-cü ildən sonra başlanan proseslər, İraqa hücum və daha sonra isə "ərəb baharı" kimi səciyyələndirilən Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr onu göstərdi ki, doğurdan da Haushoferin dünya məkanının bölüşdürülməsi ilə bağlı irəli sürdüyü nəzəriyyə tamamilə öz təsdiqini tapmaqdadır.

Bu mərhələdə müşahidə olunan başqa bir tendensiya avroatlantika ittifaqı ilə avrosentristlər arasında olan rəqabəti də önə çəkdi. Ən son "ərəb baharı" kimi səciyyələndirilən mərhələdə şahid olduq ki, avrosentristlərin avroatlantik güclərlə kiçik toqquşmaları müşahidə olunmağa başladı. Bu toqquşmalar nəticə etibarı ilə avrosentristlərin bir qədər irəli getməsinə səbəb oldu. Bu mərhələdə avrosentrizmin liderləri hesab edilən Fransa və Almaniya irəli çıxdı. Əlbəttə ki, iqtisadiyyatına, istehsal gücünə və nüfuzuna görə Avropada ən nüfuzlu ölkə Almaniyadır. Amma nədənsə bu məsələdə Almaniya bir növ təmkinli mövqe nümayiş etdirərək meydanı Fransaya verdi. Sonra baş verən hadisələr onu isbat etdi ki, geosiyasi bölgüdə Fransa ona verilən paydan narazı qalıb. Ona görə də, Liviya "neft tortu"ndan kəsilmiş böyük bir tikə kimi Fransanın qarşısına qoyuldu. Əslində, Sarkozinin öyündüyü məsələ də bu idi ki, Fransa Avropada təşəbbüskar lider dövlət statusuna gəlib. Lakin bu aldadıcı və populist bir məsələ idi. Doğrudur, Liviya hadisələrində önə çıxmaqla, Fransa müəyyən mənada maraqlarını təmin edə bildi. Əslində, isə bu "ağlayan uşağı sakitləşdirmək üçün verilən bir mükafat idi". Məhz Fransa ictimaiyyəti və Fransa aydınları bunu anladıqları üçün Sarkozi prosesin sonunda məğlub kimi ayrıldı. Eyni zamanda, Sarkozi açıq şəkildə etiraf edirdi ki, Almaniyanı bu işə cəlb etməklə Almaniyaya arxalanaraq addımlar atıb. Bir çoxları hesab edirdi ki, o, Angela Merkel kimi ciddi dövlət xadimini yönləndirə bildi və avrosentrizm məsələsində onun dəstəyini ala bildi. Lakin reallıq bu populizmdən fərqli olduğu üçün Sarkozi siyasətlə vidalaşmalı oldu.

Avrosentristlərlə avroatlantçıların toqquşması

İndi isə Almaniyanın üzərində dayanaq. Görünür bu mərhələdə artıq növbəti pay sahibi olmaq sırası panideyalist dövlətlərdən və Avropanın ən güclü ölkəsi sayılan Almaniyaya çatıb. Alaminya Fransadan fərqli olaraq öz tarixi keçmişi ilə bağlı olan bir sıra neqativ proseslərin yenidən gündəmə gəlməsi və bunun Almaniyanın əleyhinə çevrilməsindən qorxaraq bu prosesi təmkinlə aparmağa çalışdı. Pərdə arxasında isə əsas etibarı ilə "beşinci kalon"a söykənməklə, tarixən ənənəvi olaraq yaratdığı və istifadə etdiyi "beşinci kalon"a istinad edərək geosiyasi bölgüdə ona pay kimi ayrılmış ölkələrdə işlər aparmağa başlayır. Ona görə də biz son bir ildə görürük ki, Almaniya ənənəvi xarici siyasətindən saparaq daha çox kiçik Avropa ölkələri tərəfindən istismar olunan insan hüquqları və azadlıqları kimi məsələləri xarici siyasətində aktuallaşdırmağa başladı. Əslində məcburiyyət olmadıqca heç bir böyük dövlət birbaşa bu ideyalardan rıçaq kimi istifadə etmir. Çünki bunun manipulyativ əsaslara söykəndiyini bilirlər. Ona görə də qorxurlar ki, məsələn, üzərində oyun oynanılan dövlətin vətəndaşları tərəfindən bu dərk olunarsa tutaq ki, Böyük Britaniya, Fransa kimi köklü dövlətlərin imicinə zərbə dəyə bilər. Ona görə də daha çox Avropanın kiçik dövlətlərini irəli verərək, məsələn Norveç, Belçika, Hollandiya və s. onların vasitəsilə təzyiq göstərir və maraqlarını təmin edirlər. Lakin çox təəcüblü və maraqlıdır ki, Almaniya birdən-birə hesab etdi  ki, bu manipulyativ vasitələrlə - demokratiya, insan hüquq və azadlıqları və s. - istifadə etməklə və "beşinci kalon"lara da istinad etməklə birbaşa oyun oynaya bilər. Ancaq ilk elə cəhddəcə bu oyunun çox təhlükəli olduğunu Almaniya anlamış oldu. Ilk növbədə "Nabucco" neft kəmərinin çəkilişi ilə bağlı Azərbaycana təzyiq etməyə cəhd göstərdi. Bu alınmadıqda isə Avropa Şurası Parlament Assableyasında alman əsilli parlamentar Ştrasserin vasitəsilə Azərbaycanda insan hüquqlarını qabartmağa çalşdı. Bu da alınmadıqdan sonra nəhayət ən çox üstündə durduğu və üzərində işlədiyi "beşinci kalon"u hərəkətə gətirməyə cəhd etdi. Geosiyası məkanda ona ayrılmış payı əldə etmək üçün bu gün Almaniyadakı bəzi dairələr "beşinci kalon"a və onun gücünə arxalanır.

Bəs beşinci kalon nədir?

Bəs "beşinci kalon" nədir?. Tarixi nöqteyi-nəzərdən beşinci kalon İspaniyada 1936-1939-cu illərdə baş vermiş vətəndaş müharibəsi zamanı yaradılmış, təşkilatlanmış və aid olduğu tərəfə xəyanət edən qrupdur. İspan generalı Mola 1936-cı ildə Madrid üzərinə hücum edərkən paytaxt əhalisinə müraciət edir ki, onun tabeçiliyində 4 ordu kalonu var. Bundan başqa Madriddə də onu müdafiə edən gizli təşkilatlanmış qruplar mövcuddur. Həmin qrupları özünün beşinci kalonu adlandıran general paytaxt sakinlərini təslim olmağa çağırır. Madrid əhalisi isə içərilərindəki satqınların kimlər olduğunu müəyyənləşdirmək istəyir. Beləliklə, o dövrdən başlayaraq beşinci kalon anlayışı yaranır və bir sıra dövlətlər bu metoddan istifadə etməyə başlayırlar. Hazırda "beşinci kalon" ayrı-ayrı dövrlərdə güclü dövlətlər tərəfindən öz maraqlarını təmin etmək üçün kiçik, yəni marağı olduğu dövlətlərin içərisində də formalaşdırdığı QHT-lər və satqın müxalifət nümayəndələridir. Və əgər tarixi kontekstdə yanaşsaq görəcəyik ki, ənənəvi olaraq Almaniya həmişə "beşinci kalon"un xidmətindən istifadə etməyə meyilli olub.

Çox təəssüf ki, Almaniyadakı bəzi dairələr axtardığı "beşinci kalon"u Azərbaycanda asanlıqla tapa bildi. Hələ 90-cı illərin əvvəllərindən hər cür alveri mənimsəmiş, milli maraqları satmağı öyrənmiş radikal müxalifət nümayəndələri milli maraqların satıldığı bazarın ortaya çıxdığını görən kimi ənənəvi təcrübələri ilə bu bazarda məqbul alış-veriş edəcəklərinə inananaraq dərhal meydana atıldılar. Ona görə də hazırda məhz "beşinci kalon" bu gün Azərbaycanda milli maraqlar satmağa xidmət edir.

Qloballaşmadan, beynəlxalq münasibətlər sistemindən başlayaraq məsələni bu şəkildə geniş izah etməyimizin məqsədi də ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti, ziyalıları, fəal fərdləri nəyin baş verdiyini yaxşıca anlamış olsunlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də məhz Azərbaycan dövlətçiliyinin və milli maraqlarının qoruyucusu, dövlətçilik tarixinin böyük simanlarından biri Ulu öndər Heydər Əliyev adına Mərkəzin açılışında da "beşinci kalon"un adını çəkməklə diqqəti bu istiqamətdə yönəltdi. "Beşinci kalon"un mahiyyəti də bundan ibarətdir.

Radikal müxalifət siyasi gündəliklə manipulyasiya edir

Son dövrlərdə baş verən prosesləri dərindən öyrəndikdə qarşımıza çıxan ilk məsələ ondan ibarətdir ki, Azərbaycan Respublikasının siyasi, ümumxalq maraqları ilə manipulyasiya edilir. Azərbaycanın siyasi gündəliyi süni şəkildə radikal müxalifət tərəfindən dəyişdirilir. Radikal müxalifət dediyimiz də məhz bu "beşinci kalon"dur. "Beşinci kalon" aldığı sifariş əsasında Avropada baş vermiş maliyyə kredit, iqtisadi böhranından sonra bir sıra Avropa dövlətlərinin maraqlarının təmin olunması üçün bir növ onların Azərbycandakı təzyiq qrupu rolu və funksiyasını yerinə yetirir. Məhz "beşinci kalon"un vəzifəsi də bundan ibarətdir.

Diqqət etsəniz görəcəksiniz ki, son bir ildə baş verən bütün proseslərdə və danışıqlarda bir dəfə də olsun nədənsə radikal müxalifət Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edəcək başlıca məsələ Dağlıq Qarabağla bağlı heç bir məsələni gündəliyə gətirmirlər. Problemin həlli ilə bağlı xarici ölkə səfirlikləri ilə görüşdə bir cümlə belə işlətmirlər. Xocalı soyqırımı ilə bağlı mövqelərini nümayiş etdirmirlər.

Diqqət yetirmək lazımdır ki, bütün bunlar olduqca əhəmiyyətli bir tarixi mərhələdə baş verir. Ötən il Azərbaycan öz müstəqillik tarixinin 20 illiyini qeyd etdi. 20 ildə əldə olunan nailiyyətlər Azərbaycan ordusunun güclənməsi, ölkə iqtisadiyyatının, hərbi müdafiə sənayesinin inkişaf etməsi və s. bütün parametrlər üzrə Azərbaycanı Ermənistan üzərində üstün vəziyyətə gətirib çıxarıb. Bunu anlayan erməni yandaşları, antiazərbaycançı mərkəzlər və yaxud dünya erməniliyi daima Azərbaycanın siyasi gündəliyini ayrı-ayrı süni məsələrlə zəbt etməyə çalışırlar ki, Dağlıq Qarabağ məsləsi gündəliyə gəlməsin. Onun həlli ilə bağlı məsələlər Azərbaycan ictimaiyyətində aktuallaşmasın. Çünki aktuallaşarsa dövlət nəhayət qəti addımlar atmağa hazırdır və Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki biz hansı yolla olursa olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ona görə də, Azərbaycanda mövcud olan radikal müxalifət, yaxud "beşinci kalon" və ya xarici imperialist güclərin ölkədaxili təzyiq qrupları - fəallaşmağa başlayıblar. Bunlar Azərbaycanın bütövlükdə siysi gündəliyini zəbt edərək real gündəlikdən uzaqlaşdırmağa çalışırlar. Son dövrlərdə müxalifət cəbhəsinin fəallasması məhz bu məqsədə xidmət edir ki, Azərbaycanin əsəs problemi olan Dağlıq Qarabağ problemindən diqqəti yayındirmaqla Azərbaycan hakimiyyətinin, hökumətinin necə deyərlər bir növ enerjisini və fəaliyyətini istismar etməklə onu milli məqsədlərdən uzaqlasdirsin. Besinci kalon buna xidmət edir. Hesab edirik ki, onlar əsla öz məqsədlərinə çata bilməyəcəklər. Çünki "beşinci kalon"un 2011 -ci il aprel ayindan baslatdığı aktiv faza bir il sonra özünün kuliminativ nöqtəsinə çatdı. Bu mərhələdə artıq istər "beşinci kalon", istərsə də onu müdafiə edən ayrı-ayrı antiazrərbaycançı mərkəzlər geriyə addım atmağa məcbur oldular. Hesab edirik ki, bu Azərbaycan dövlətinin gücü, ölkəmizdə xalq və hakimiyyətin birliyinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sayəsində və Azərbaycan Respublikası Prezindetinin hücum diplomatiyası siyasəti sayəsində mumkun olmuşdur. Hesab edirik ki, bundan sonrakı mərhələdə Azərbaycan xalqı məhz baş verən proseslərə bu konteksdə, yəni real siyasi platformada yanaşmaqla əsla ve əsla radikal müxalifətin cağırışlarına yəni "beşinci kalon"un cağırışlarına diqqət göstərməyəcək və onların fəaliyyətinin alt məqsədlərini anlamış olacaqdır. İlkin nəticə ondan ibarətdir ki, son bir ildə baş verən proseslərdə radikal muxalifət yenidən özünü ifşa etməklə bir daha Azərbaycan xalqının milli maraqlarına xidmət etmədiklərini göstərərdi. Hesab edirik ki, bu faktor radikal muxalifərtin növbəti mərhələlərdə məğlubiyyətini labüd edən, onun fəaliyyətini məhdudlaşdıran və onu Azərbaycanın siyasi palitrasindan sıxışdıran əsas amillərdən biri olacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın yeni Ombudsmanı Türkiyə səfirini qəbul edib 13 Dekabr 2019, 12:29 Rəsmi Bakı humanitar yardımı rəsmən Albaniyaya təqdim edib 13 Dekabr 2019, 12:24 Yevlax sakinlərinin paytaxtda oğurluq istəyi alınmadı 13 Dekabr 2019, 12:22 İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib 13 Dekabr 2019, 12:20 Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ 13 Dekabr 2019, 12:19 Evlənmək istəyən cütlüklərdə xəstəliklər aşkarlandı - SİYAHI 13 Dekabr 2019, 12:14 Mərkəzi Bank uçot dərəcəsini azaltdı 13 Dekabr 2019, 12:07 BDU-nun professoru jurnalistlərə “seçki iradı” tutdu: belə yazmayın! 13 Dekabr 2019, 12:06 Üç sabiq deputat - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR 13 Dekabr 2019, 11:57 Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR 13 Dekabr 2019, 11:52 Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31