Arxiv
5 İyun 2020, 15:28 | PARLAMENT
Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 5-də keçirilən növbəti iclasında deputatlar ölkə həyatının müxtəlif sahələrində baş verən hadisələr, koronovirus pandemiyası ilə mübarizə sahəsində dövlət və parlament tərəfindən həyata keçirilən tədbirlər barədə fikirlərini səsləndiriblər.

İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar müxtəlif təkliflərlə çıxış ediblər.

Maraqlı təkliflərlə çıxış edən millət vəkillərindən biri də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili olub.

Modern.az-ın məlumatına görtə, komitə sədri Hökumət üzvlərinə müraciət edərək, gündəmə gətirdiyi təkliflərə diqqət yetirilməsini xahiş edib.

T.Mirkişili bildirib ki, dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır. Proqnozlaşdırılmada isə yeni qaydalara müvafiq olaraq təşkilatların sektor strateji planlarına ciddi önəm verilməsi vacib amillərdəndir.

"Belə ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilmişdir. Hər bir büdcə təşkilatı öz sektor strateji planlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına ciddi önəm verməlidirlər.

Bu planların strateji təhlili aparılmaqla, sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən amillər nəzərə alınmaqla hazırlanması ön planda durmalıdır.

Hesabatdan görünür ki, 2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranmışdır. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır.

Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməli, təşkilatların rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.

Postpandemiya dövründə texnologiyaların və məlumat bazalarının rəqabət üztünlüyü yaradan əsas amil olacağını nəzərə alaraq həm iqtisadiyyatda, həm də idarəetmədə mərkəzləşmiş vahid texnoloji platformaların yaradılmasına, rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməlidir.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahat tədbirlərinin tərkibi kimi Azərbaycana xas olan kənd təsərrüfatı sahələri üzrə toxumçuluğun inkişafı üçün xüsusi dövlət dəstəyinin yaradılması və yeni stimullaşdırıcı mexanizmlərin tətbiqini vacib hesab edirik.
Qeyri-qanuni olaraq kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinə və yaxud onlardan istifadə etməyənlərə qarşı mübarizənin daha da sərtləşdirilməsi çox vacibdir. Həmin torpaqların dövriyyəyə daxil edilməsi ümumi daxili məhsulun formalaşdırılmasında əhəmiyyətli rol oynayan kənd təsərrüfatının payının və xüsusi çəkisinin daha da artmasına zəmin yaradardı”,-deyə Tahir Mirkişili bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycana qayıtmaqla bağlı müraciətləri Operativ Qərargaha göndəririk” – Səfir Tural Rzayev 12 İyul 2020, 11:34 "Sevinj, are this shame necessary for you?" 12 İyul 2020, 11:25 Pakistanda koronavirusa yoluxanların sayı 246 mini ötüb 12 İyul 2020, 11:20 Şəmistan Əlizamanlı və KORONAVİRUS 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00