Modern.az

ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq  

ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq  

6 İyun 2020, 13:50

ABŞ prezidenti Donald Tramp sentyabrda 9,5 min amerikalı hərbi qulluqçunu Almaniyadan çıxarmaq qərarına gəlib. Bu qərara AFR-nın kansleri Angela Merkel ilə ölkənin hərbi xərcləri üzündən illərdir davam edən gərgin münasibətlər səbəb olub.

Modern.az xəbər verir ki, xarici mətbuatın məlumatına görə, Merkelin Trampın Vaşinqtonda təşkil edəcəyi “Böyük yeddiliyin” sammitində iştirak etmək istəməməsi əvvəlcədən planlaşdırılmış bu qərara heç bir təsir göstərməyib. ABŞ prezidenti çoxdan Ağ evdə Almaniyadakı ordusunun sayını azaltmaq haqqında müzakirələr aparırmış. Hazırda AFR-də 34,5 min hərbçi var. Azalma nəticəsində onların sayı 25 minə enəcək. Verilən məlumatlarda ABŞ müttəfiqlərinin hərbi xərclərini artırması ABŞ-a xaricdəki ordularında hərbçi sayını azaltmağa imkan yaradır.         

Bundan əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Ulliot Trampın daim Amerika qoşunları üçün, xüsusən də xarici ölkələrdə ən münasib mövqelər seçdiyini bəyan etmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?