Modern.az

Ermənistanın təzə yalanının köhnə sirri - Qazaxdan bu ölkənin böyük bir hissəsinə nəzarət edilirmiş

Ermənistanın təzə yalanının köhnə sirri - Qazaxdan bu ölkənin böyük bir hissəsinə nəzarət edilirmiş

Aktual

7 İyun 2020, 09:23

Ermənistan siyasəti dalana dirəndiyini son zamanlar çaşqın, yalan addımları ilə ortaya qoyur.

 

Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi Qazax istiqamətində guya irəlilədikləri barədə dezinformasiya yaydı. Əslində isə Azərbaycan hərbçiləri bu istiqamətdə xeyli müddət öncə strateji yüksəklikləri ələ keçirdiyi faktı danılmazdır və görünür erməni təbliğat maşını belə dezinformasiyalarla erməniləri aldatmaq məqsədi güdür.

 

Azərbaycan Dövlət Sərhəd Xidməti ermənilərin bu iddialarına cavab olaraq bildirdi ki, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb. Yəni erməni tərəfinin yaydığı məlumatlat tamamilə həqiqətə ziddir.

 

Modern.az-a danışan  ehtiyatda olan polkovnik Şair Ramaldanov  Ermənistan tərəfinin bu cür yalan iddialar irəli sürməsini Azərbaycanın əhəmiyyətəli ərazilərdə post qurub təlim keçməsi ilə əlaqələndirib:

 

“Qazax istiqamətində Dövlət Sərhəd Xidməti yüksək səviyyədə silahlanıb və yüksək professionallığa malikdir. Bu qurum peşəkar səviyyədə mübarizə aparmaq üçün lazım olan  bütün təchizat və silaha malikdir. Azərbaycan Ermənistanın dövlət sərhədini keçməyərək öz ərazisində sərhəd xidmətini aparmaq üçün lazım olan qurğular və.s. qurmaqla məşğul idi.

 

Ermənistanın tez-tez atəşkəsi pozması da bununla bağlı idi ki, nəzərdə tutulan xidməti orada təşkil etməyə qoymasınlar.

 

Ancaq Azərbaycan sərhəd xidmətinin bölmələri dövlətimizə aid olan ərzailərədək-Ermənistan sərhədinə qədər irəliliyib, Azərbaycan torpağında sərhəd xidmətini təşkil ediblər. Əvvəllər də səngərlər harda idi isə bölmələr orada idi. İndi isə sərhəd xidmətində sərhəd xətti var və Sərhəd Xidməti əməkdaşları o xəttə qədər irəliliyib. Təbii ki, burada müəyyən bir yüksəkliklər və müəyyən ərazi relyefinə baxım da var. Orada Ermənistanın böyük bir hissəsinin infrastukturunu nəzarət altında saxlamağa imkan var. O yüksəkliklər və o mövqelər hamısı Azərbaycan torpağıdır və Azərbaycana məxsus ərazidir. Ermənistan bundan ciddi rahatsız olub və daxili auditoriya üçün hesablanmış dezinformasiya yayır”.

 

Polkovnik sərhəddə olacaq hər hansı gərginliyin erməniləri qorxutduğunu da qeyd edib:

 

“Ermənistanla sərhəddə, cəbhədə gərginləşmə olarsa, bu  Ermənistana baş ağrısı yarada bilər. Sərhədçilərimizin də bu işi qısqanclıqla qəbul olunub və bu durumdan Ermənistan cəmiyyəti narahat olub. Azərbaycan Sərhəd Xidməti üzərinə üşən vəzifəni yerinə yetirir və indi orada xidmətini aparır. Yəni Sərhəd Xidməti öz işini təşkil etmək üçün ərazi seçir, yüksəklik təyin edir və nəzarət edir. Ermənilər  qorxudan bu cür açıqlamalar verir. Bizim sərhəd xidmətimiz layiqincə və professional şəkildə işini yerinə yetirir və bu, yüksək qiymətləndirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir