Modern.az

Doğum gününü karantində keçirən komitə sədri: “Bu günkü günüm digərlərindən fərqlənmir”

Doğum gününü karantində keçirən komitə sədri: “Bu günkü günüm digərlərindən fərqlənmir”

Aktual

7 İyun 2020, 12:26

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin 43 yaşı tamam olur.

 

Bu münasibətlə Modern.az saytı deputatın doğum günü təəssüratlarını öyrənməyə çalışıb.

 

Tahir Mirkişili hər kəs kimi xüsusi karantin qaydalarına riyayət etdiyini bildirib:

 

“Budəfəki doğum günüm xüsusi karantin rejiminə təsadüf edir. Mən də hər kəs kimi evdəyəm. Ailəmlə bir yerdəyik. Doğum günümü təbrik edən dostlara, yaxınlara, eləcə də hər kəsə  minnətdarlığımı bildirirəm.  Artıq dünən gecədən  sosial  şəbəkə və telefon vasitəsilə doğum günü təbrikləri alıram”.

 

Komitə sədri dəbdəbəli doğum günləri keçirtməyindən də söz açıb:

 

“Bircə onu deyə bilərəm ki, istənilən halda bugünkü günüm də digər günlərdən fərqlənmir”.

 

Qeyd edək ki, Tahir Mirkişili 1977-ci ilin bu günü Qubadlıda doğulub. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirib. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak edib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

 

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. 2004-2008-ci illərdə müxtəlif ölkələrdə İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramlar bitirib.

 

2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi alıb.

 

2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirib.

 

İngilis, rus, türk və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.

 

Milli Məclisin V və VI çağırış deputatı kimi 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq parlamentə seçilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və heyət rəhbərinin müavini, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavinidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı