Modern.az

Ali məktəblərə sənəd verən abituriyentlərin sayı 5000 nəfər azalıb

Ali məktəblərə sənəd verən abituriyentlərin sayı 5000 nəfər azalıb

17 May 2012, 13:45

2012-2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 16-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ilkin statistik məlumatlara əsasən, 106130 abituriyent internetlə “Elektron ərizə” doldurub və 17 may 2012-ci il saat 10:00-a olan məlumata əsasən həmin abituriyentlərdən 101432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirib. Qeyd edək ki, “Elektron ərizə”sini təsdiqləməyən  abituryentlərin mayın 18-i saat 17-00-ə kimi vaxtı var. İstənilən halda sabah günün sonunadək “Elektron ərizə”sini təsdiqlətdirən abituriyentlərin sayı 106130 mindən çox olmayacaq.

Modern.az-ın araşdırması zamanı bəlli olub ki, ötən illə müqayisədə bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayı azdır.

Məlumat üçün bildirək ki, ötən il ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştrak etmək üçün builkindən təxminən 5 min nəfər çox - 110426 abituriyent öz  “Elektron ərizə”ni təsdiq etdirmişdi. Keçən il  ərizələrin SQK-larda təsdiqi üçün nəzərdə tutulan  son müddət mayın 31-də başa çatmalı olsa da, elektron ərizə dolduran, lakin SQK-da təsdiq etdirməyən  abituriyentlərin sayının çox olması nəzərə alınaraq, TQDK ərizələrin təsdiqinin 1 iyun 2011-ci il saat 17:00-dək  uzadılması barədə qərar qəbul etmişdi. 


Müqayisə üçün aşağıda 2011 və 2012-ci illərə dair sənəd qəbuluna dair statistikanə təqdim edirik.

2011-ci ildə  

İxtisas qrupları 

 

Bolmə 

I qrup 

II qrup 

III qrup 

IV qrup 

Cəmi 

Azərbaycan 

31706  

23876  

29521  

14089  

99192  

Rus 

3281  

3194  

3338  

1421  

11234  

Cəmi 

34987  

27070  

32859  

15510  

110426  

  
2012-ci il 

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

30756

20122

28344

12498

91720

Rus

3318

2933

3019

1199

10469

Cəmi

34074

23055

31363

13697

102189


Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir