Modern.az

Müsavatdakı aclıq aksiyasından danışan hüquq müdafiəçisi: “Bu lap ağ oldu...”

Müsavatdakı aclıq aksiyasından danışan hüquq müdafiəçisi: “Bu lap ağ oldu...”

Təhsil

17 May 2012, 14:37

İctimai Palata nümayəndələrinin həbsdə olan müxalifətçilərin azadlığa buraxılması üçün dünəndən başlatdığı aclıq aksiyası davam edir. Müsavat qərargahında təşkil olunan aksiyada iştirak edən iki xanımın səhhətində ciddi problemlər yaranıb. Bu barədə Müsavat Partiyasının başqan müavini Gülağa Alsanlı Modern.az-a açıqlamasında bildirib. G.Aslanlı aksiyaya qoşulan digər şəxslərin səhhətində heç bir problemin olmadığını deyib:

“Aclıq aksiyası davam edir. Aksiyaya qoşulan xanımlardan dünən ikisinin səhhətində problemlər yaşandı. Digərləri aksiyalarında davam edirlər. Aclıq aksiyasına yeni qoşulmaq istəyənlər də var ki, onlar bizə müraciət ediblər. Yer imkanımız məhdud olduğu üçün bu aksiyaya qoşulmaq istəyənlər üçün şərait yarada bilmirik”.

Məsələyə münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novela Cəfəroğlu aksiya iştirakçılarına baş çəkəcəkələrini bildirib. N.Cəfəroğlunun sözlərinə görə, hüquq müdafiəçiləri məsələnin ciddiliyini nəzərə alıb vicdan məhbuslarının azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edəcəklər.

“Yox hələ ki, onlara baş çəkməmişik, amma mütləq biz hüquq müdafiəçiləri birlikdə gedib oradakı vəziyyətlə tanış olacağıq. Doğurdan lap ağ oldu. Vicdan məhbuslarını azadlığa buraxmaq üçün söz vermişdilər. Amma buraxmadılar. Onların cəzalarının üçdə iki hissəsi geridə qalıb, mütləq buraxılmalıdırlar. Bu baxımdan biz ölkə prezidentinə müraciət edəcəyik. Məsələyə prezident baxmalıdır”-deyə hüquq müdafiəçisi qeyd edib.

Xatırladaq ki, beşi qadın, üçü kişi olmaqla aclığa başlayan 8 nəfərin arasında İP-nın 2 aprel 2011-ci il aksiyasına görə həbs edilmiş, indi artıq azadlıqda olan müsavatçı Elşən Həsənli, eləcə də övladları hazırda həbsdə olan Başxanım Abbaslı və İbrahim Hacıbəyli də var. Aksiyada məqsəd beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunması və «Eurovision-2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməkdir.
Son məlumata görə, partiya üzvləri Yeganə Hacıyeva və Günel Rəhimli səhhətlərində yaranan problem üzündən aclıq aksiyasını dayandırmaq məcburiyyətində qalıblar. İP üzvləri Lətafət Məlikova və Yeganə Əmiraslanova isə aksiyaya yeni qoşulub.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir