İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılacaq.
Belə ki, Babək qəsəbəsinə şəhər statusu, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusunun verilməsi tövsiyə olunur.
Məsələ Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.
Həmçinin deputatlar məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər.