Modern.az

Ermənistanda kütləvi istefalar: polis və xüsusi xidmət orqanları başsız qaldı

Ermənistanda kütləvi istefalar: polis və xüsusi xidmət orqanları başsız qaldı

Dünya

8 İyun 2020, 15:20

Ermənistanda Baş Qəragah rəisi Artka Davtyanın ardınca daha bir neçə yüksək rütbəli şəxs postunu tərk edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan istefa ərizəsi yazıb.

 

O, postunda cəmi 3 ay çalışıb. Digər tərəfdən, ölkə polisinin rəhbəri Armen Sarkisyan da istefa verib.

 

Güc strukturları rəhbərlərinin istefası koronavirusla bağlı sanitar qaydalara nəzaərt edə bilməməsi və s. ilə bağlıdır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə