Modern.az

Bakıda İran səfirliyi qarşısında piket keçirildi

Bakıda İran səfirliyi qarşısında piket keçirildi

17 May 2012, 17:06

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) mayın 17-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında etiraz piketi keçirdi.
Piketin keçirilməsinə səbəb,  İran İslam Respublikasında Güney Azərbaycan türklərinin milli hüquqlarının tapdanmasına, Güney Azərbaycanın müstəqillik və milli hüquqlar uğrunda demokratik vasitələrlə mübarizə edən milli fəllarına qarşı fars rejimi tərəfindən repressiyaların şiddətlənməsinə, Güney Azərbaycanın ümid mənbəyi olan Azərbaycan Respublikasına qarşı “İran” adlanan dövlətdə fars şovinist rəhbərliyi tərəfindən təxribatların yaradılmasına etiraz olub. Həmçinin, sözdə özünü “islam dövləti” adlandıran İran rəhbərləri Güney Qafqazda Azərbaycan xalqına və müsəlmanlara qarşı işğalçı və soyqırım siyasəti yeridən qondarma “ermənistan” ilə iqtisadi-siyasi anlaşmaya rəvac verməkdədir.
M.F.Axundov bağı və “İçəri Şəhər” metrosu ətrafında toplaşan GAİP və həmçinin bu tədbirə dəstək vermiş ictimai və siyasi qurumların (ATXƏM, DAK, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və d.)  üzvlərindən ibarət 300 nəfərədək piket içtirakçısı  “HARAY, HARAY! MƏN - TÜRKƏM!”, “Fars, rus, erməni - TÜRKÜN düşməni!”, ”ERMƏNİ İLƏ DOSTLUQ EDƏN MÜSƏLMAN DEYİL, KAFİRDİR!”, “FARS FAŞİZMİNƏ AR OLSUN !”, “Əhmədinecat erməni- türkün düşməni!”, “Erməninin dostu İslam dininin düşmənidir!”, “GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI BƏYAN EDİR: RƏDD OLSUN FARS ŞOVİNİZMİ !”, “Türk dilində mədrəsə !!!”, “Güney Azərbaycana İSTİQLAL !!! İSTİQLAL !!!” və d. bu kimi məzmunlu şüarlar yazılmış plakatları, GAİP-in loqosunu, Azərbaycan bayraqlarını əllərində tutaraq, şüarlar deyərək  İran səfirliyinə tərəf hərəkət ediblər. Piket iştirakçıları İran səfirliyi qarşısında yuxarıdakı şüarları deyəndən sonra GAİP rəsmi səlahiyyətlisi Səməd Fərtaş və DAK icra katibi Mərdan Seyidli Güney Azərbaycan İstiqlal Partiyasının bəyanatını oxuyub.




Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?